Mosul hücumu: İraq qüvvələri əsas hökumət binalarını ələ keçirib

İraqın xüsusi qüvvələri Mosulun qərbində cəmləşib. Fotonun müəllifi Reuters
Image caption İraqın xüsusi qüvvələri Mosulun qərbində cəmləşib.

İraq qüvvələri özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın Mosuldan çıxarılmasına yönələn əməliyyatın gedişatında əsas hökumət binalarını nəzarət altına alıblar.

Hərbi uğur cihadçıların yerləşdiyi şəhər mərkəzinə həmləyə zəmin yarada bilər.

Mosul İD-nin İraqda sonuncu iri istehkamı sayılır.

Şəhəri hər gün minlərlə sakin tərk edir.

Mosulun şərq hissəsi yanvar ayında geri alınıb.

Ötən gecə İraq qüvvələri hökumət binalarını ələ keçirmək məqsədilə gözlənilmədən hücuma keçiblər.

İnzibati binalar uçurulmuş olsa da, onların alınması strateji və rəmzi səciyyə daşıyır.

Bu barədə daha geniş