II Elizabeth-in nəvəsinə kraliçanın doğum gününü keçirmək üçün tendersiz müqavilə verilib

Peter Philips və II Elizabeth Fotonun müəllifi Getty Images
Image caption II Elizabeth-in başçılıq etdiyi xeyriyyə fondları və təşkilatlarını toplamaq ideyası kraliçanın nəvəsi Peter Philips-ə aiddir(soldan)

Buckingham iqamətgahı kraliça II Elizabeth-in nəvəsi, Peter Philipsin rəhbərlik etdiyi şirkətə 750 min funtun (900 min dollardan çox) ödənilməsi barədə məlumatlara aydınlıq gətirməlidir.

Bu vəsaitin 2016-cı ilin iyununda kraliçanın 90 illiyinə həsr olunmuş xeyriyyə mərasiminin təşkil edilməsi üçün ödənildiyi məlum olub. Ödənilən məbləğin xeyriyyə tədbirində yığılan vəsaitdən iki dəfə artıq olduğu bildirilib.

Patron's Lunch adlanan mərasim Londonun mərkəzində - Buckingham iqamətgahına aparan Melle küçəsində, açıq havada keçirirlib. Mərasimdə 10 minə yaxın insan və kraliçanın başçılıq etdiyi xeyriyyə fondları və təşkilatlar iştirak edib.

Tədbirə biletin qiyməti 150 funt (200 dollar) olub.

Bu naharın verilməsi ideyası şahzadə Annanın oğlu Peter Philips-ə məxsus olub və bu tədbirin keçirilməsi müqaviləsi tenderə salınmayıb.

Buckingham nümayəndələrinin BBC-yə verdiyi məlumata görə, bu mərasimdən sonra Böyük Britaniya və birlik ölkələrindəki 290 xeyriyyə təşkilatı 750 min funt əldə edib.

Peter Philips-ə məxsus SEL UK şirkətinin bu tədbirin keçirilməsindən heç bir gəlir əldə etmədiyi qeyd olunub.

Bu barədə daha geniş