ABŞ Cənubi Koreyaya THAAD raketdən müdafiə sistemini göndərib

THAAD sistemi Fotonun müəllifi AFP
Image caption Start qurğuları və avadanlıqlar Cənubi Koreyaya havadan atılıb

Amerika hərbçiləri Şimali Koreya 4 ballistik raket buraxdıqdan bir gün sonra Cənubi Koreyaya THAAD raket əleyhinə müdafiə sistemi üçün start qurğuları və avadanlığın gətirildiyini elan edib.

THAAD (Terminal High Altitude Area Defense) sistemi böyük yüksəklikdə olan ballistik və digər raketləri vurmaq üçün nəzərdə tutulub.

Bu sistemin Koreya Respublikası ərazisində yerləşdirmək barədə qərar 2016-cı ilin iyul ayında qəbul edilib.

Lakin bu günə qədər onun müddəti barədə dəqiq məlumat verilməsə də, 2017-ci ilin sonuna qədər yerləşdiriləcəyi qeyd olunurdu.

Fotonun müəllifi Reuters
Image caption THAAD sistemi 150 km hündürlükdə olan ballistik və digər raketləri vurmaq üçün nəzərdə tutulub

ABŞ-ın Sakit Okean komandanlığının bəyanatına görə, sistemin yerləşdirilməsi Şimali Koreyanın nüvə sınaqları və raket buraxılması proqramlarının sürətlənməsilə bağlıdır.

THAAD sistemi yaxın və orta mənzilli ballistik raketləri uçuşun sonuncu mərhələsində ləğv etməlidir.

Sistem hədəfi mərmi basşlıqlar vasitəsilə deyil, birbaşa toqquşma ilə məhv edir ki, bu da onun effektivliyini artırır.

Hərəkət məsafəsi 200 km olan bu sistem 150 km hündürlükdə hədəfi vurmağa qadirdir.

Bu barədə daha geniş