Britaniyalı deputatlar: Facebook açıq-saçıq şəkillərə ciddi diqqət yetirmir

Секретная группа
Image caption Facebookdakı gizli qruplardan yalnız iştirakçılar xəbərdardır və bu qrupa yalnız dəvətlə düşmək olar

Böyük Britaniya parlamentariləri Facebook şirkətini ona məxsus sosial şəbəkələrdə paylaşılan açıq-saçıq şəkillərə ciddi diqqət yetirməməkdə ittiham edib.

İcmalar Palatasının KİV-lər üzrə komitəsinin sədri Damian Collins Facebook müdiriyyətinin effektivliyində böyük şübhələri olduğunu bildirb.

Collins bu bəyanatı BBC-nin Facebook-da onlarla şübhəli şəkillərin olması və onların hələ də sosial şəbəkələrdən silinməməsi barədə yaydığı məlumatdan sonra verib.

BBC-nin diqqətini əsasən Facebook-dakı qruplarda paylaşılan şəkillər çəkib. Bu şəkillərdə kişilər uşaqlara qarşı qəddar davranış və ya seksual çalarlı məzmunu olan təsvirlərlə paylaşıblar.

Facebook şirkətinə bu fotolar barədə məlumat verildikdə isə şirkətin nümayədələri BBC jurnalistlərinə planlaşdırılmış müsahibəni verməkdən imtina ediblər.

Image caption Facebook BBC-nin diqqət yetirdiyi fotoların əksəriyyətini silməyib

Bunun əvəzində şirkət bəyanat yayıb. Mətndə deyilir ki, "Uşaqların istismar edilməsini əks etdirən şəkilləri yayımlamaq qanuna ziddir".

Sosial şəbəkənin giriş səhifəsində nalayiq materialların silindiyi qeyd olunub. Şirkət istifadəçiləri bu barədə xüsusi funksiya vasitəsilə məlumat verməyə çağırır.

Şirkətdən verilən məlumata görə, ötən il BBC-nin apardığı araşdırmadan an sonra (araşdırma zamanı gizli qruplarda pedofillərin uşaq şəkilləri paylaşdığı məlium olmuşdu) sosial şəbəkələrdə təhlükəsizlik sistemi yaxşılaşdırılıb.

Bu araşdırma nəticəsində isə bir nəfər 4 il həbs cəzasına məhkum edilib.

Facebook-da moderasiyanı yoxlamaq üçün BBC 100 nalayiq foto təqdim edib. Onların arasında uşaq və yeniyetmələrin təsvirləri də olub. Lakin bu fotolardan yalnız 18-i silinib.

Bu barədə daha geniş