Rusiyada Beynəlxalq Qadınlar Günü münasibətilə "gül kirayəsi"

Moskva Fotonun müəllifi AFP/Getty Images
Image caption Beynəlxalq Qadınlar Günü, Rusiyada çiçək satışında böyük canlanma yaradır, lakin, bəzi sosial media istifadəçiləri daha böyük buketlə öyünmək istəyirlər

Sosial media izləyicilərini heyrətləndirmək istəyənlər, artıq böyük buketləri və ya lnstagram-a uyğun şəkil çəkəcək böyüklükdə gülləri kirayələyə bilərlər.

Rusiyanın dövlət bayramı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə, sosial media səhifələrində səyyar gül kirayələmə xidmətini reklam edirlər.

Onlar, həddindən artıq böyük gül buketi ilə 10 dəqiqə - yaxşı bucaqdan çəkilmə və poza üçün kifayət zaman kəsiyi - şəkil çəkdirmə xidmətini təklif edirlər, TJournal xəbər səhifəsi yayıb.

Bir nəfər isə qadınlara 101 qızılgül buketi ilə 700 rubldan (20 manat) başlayan qiymətlərlə şəkil çəkdirmək təklif edir.

Böyük buketlərlə selfie şəkili paylaşaraq bunun sevgili və ya gizli aşiq tərəfindən göndərildiyi təsirini yaratmaq, Rusiyanın Instagram və VKontakte sosial media istifadəçiləri arasında bir müddətdir ki, geniş yayılıb.

360 TV səhifəsi, gül kirayə verən bir Instagram hesabının sahibi ilə əlaqə yaradıb və o bildirib ki, xidmət həqiqidir və artıq bir çox istək alıb.

"Qaçılası ən vacib məqam, 'Bir az bəzənim və ya ortalığı sahmana salım' tipli şeylərdir," o deyib.

360 TV-in əlaqə saxladığı digər istifadəçi isə bunu, yeni tendensiyaya uyğun zarafat məqsədilə etdiyini bildirib. Rusiyalılar arasında buna istehza ilə yanaşanlar da çox olub.

"Tanımadığın birindən gələn sehrli gül buketinin sirri ƏYAN OLDU," bir nəfər Twitter-də yazıb.

"Bu, müasir dəyərlərin məğzidir," bir Instagram istifadəçisi deyir.

O, kişilər üçün də bənzəri xidmət təklifi irəli sürüb: "Rolex saatı, stolun üstündə iki iPhone telefonu və Moskvanın panorama mənzərəli ofislərindən birində çəkilən selfie."