Wikileaks: MKİ televizor vasitəsilə güdə bilir

CIA logo Fotonun müəllifi Getty Images
Image caption MKİ iddiaları təsdiq və ya təkzib etməyib

Wikileaks, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) geniş miqyaslı izləmə vasitələrinə malik olması barədə xəbər yayıb.

İddia edilən kiber-silahlara, Windows, Android, iOS, OSX və Linux kompüterləri və internet yönləndiricilərə təsir edən zərərli proqramlar daxildir.

Bəzi proqram təminatlarının daxildə inkişaf etdirildiyi deyilsə də, Böyük Britaniynın MI5 agentliyinin Samsung TV üçün bir casus proqramının hazırlanmasına kömək edib.

MKİ-n sözçüsü detalları təsdiq etməyib.

"Biz güman edilən kəşfiyyat sənədlərinin həqiqiliyi və ya məzmunu ilə bağlı şərh vermirik," o deyib.

Fotonun müəllifi Twitter
Image caption Edward Snowden məlumat sızmasının həqiqiliyi haqqında tvit paylaşıb: Hələ də çap üzərində işləyirəm, lakin Wikileaks-n əldə etdiyi məlumatlar adi bir şey deyil. Həqiqətə bənzəyir.

Böyük Britaniya Daxili İşlər Nazirliyinin sözçüsü şərh verə bilməyib.

Wikileaks bildirib ki, detalları yayan mənbə, MKİ-n izləmə imkanlarını səlahiyyətindən daha artıq istifadə edib-etmədiyi müzakirə mövzusudur.

Televizordan izləmə

2014-cü il iyun tarixli sənədlərə əsasən, Samsung-n F8000 seriyalı ağıllı televizorlarına, Weeping Angel kod adı verilib.

Onlar "saxta-söndürülmə" rejimi qurublar ki, bu da istifadəçiləri ekranlarını söndürdüklərinə inandırır.

Sənədlərdə göstərilib ki, təsirə məruz qalan televizorlar, gizli səs yazma funksiyasına malikdirlər. Belə ki, televizor yenidən qoşulduqda WI-Fİ əlaqəsi bərpa olunur və MKİ səsyazmanı internet vasitəsilə əldə edə bilir.

"Gələcək iş" hissəsi altında, video görüntülərin çəkilməsi də mümkünlük kimi göstərilib.

Fotonun müəllifi Samsung
Image caption MKİ-n Samsung televizorları yaxınlığında baş verən danışıqlara qulaq asa bildiyi iddia olunur

Samsung iddialara şərh verməyib.

Apple hücumları

Wikileaks həmçinin iddia edir ki, MKİ ötən ildən bəri, 24 Andorid "sıfır-günləri" - kodda əvvəldən bilinməyən təhlükəsizlik qüsurlarına verilən termin - arsenalı təsis edib.

Onlardan bəzilərinin MKİ tərəfindən aşkarlandığı bildirilsə də, qalanlarını Britaniyanın GCHQ agentliyi və NSA və adı göstərilməyən üçün tərəflər ortaya çıxarıb.

Samsung, HTC və Sony tərəfindən istehsal olunan qurğular, MKİ-ə Whatsapp, Signal, Telegram və Weibo və digər yazışma xidmətlərində yazılan mesajları oxumaq imkanı verib.

Məlumatda, iPhone və iPad-ları hədəfləyən xüsusi MKİ qrupu haqqında da yazılıb. Bu, hədəfin yerini müəyyənləşdirmə, onların qurğusunun kamera və mikrofonun aktivləşdirmə və mesajları oxuma imkanları yaradacaq.

Qrupa, GCHQ, NSA və FBI-dan əldə olunan iOS "sıfır-günləri" məlumatlarından istifadə icazəsi verilib.

Digər iddialarda deyilir:

  • MKİ kompüterlə idarə sisteminə malik avtomobillərə təsir etməyin yolları axtarırmış. Wikileaks bunun, təsbit edilə bilməyən sui-qəsdləri müəyyənləşdirmək üçün edildiyini deyir
  • MKİ internetsiz və ya digər etibarsız şəbəkələrə qoşulan kompüterlərə də giriş yolları tapıb. Üsullara məlumatı şəkillərdə və ya kompüterin yaddaşındakı gizli yerlərdə saxlamaq daxildir
  • MKİ məşhur anti-virus məhsullarına qarşı hücumlar təşkil edib
  • MKİ Rusiya və digər yerlərdə yaradılan "oğurlanmış" ziyanlı proqramlardan ibarət izləmə texnikaları yığını yaradıb

Wikileaks bunun, MKİ-n kiber hücumları barəsində planlaşdırılan sızmalardan ilki kimi qələmə verib.

Təhlil: Mark Ward, Texnologiya müxbiri

Fotonun müəllifi Reuters
Image caption Wikileaks təsisçisi Julian Assange, kiber-hücumun yayılma riskinin olduğunu deyib

MKİ məlumatlar bazasında böyük informasiya kütləsi mövcuddur, ona görə də ağıllı televizorlar -barəsində çıxan xəbər təəccüblü olmadı. Adi tədqiqatçıların bənzəri hücumları bacardığını nəzərə alsaq, bu cür ağıllı dövlət orqanının daha artığını etmək iqtidarı adi haldır.

Maraqlı olan isə bunun iPhone və Android mobil telefonlarında baş tutduğudur.

Apple, iOS-in təhlükəsiz olması üçün dayanmadan işlədiyini bildirir və bu yaxınlarda Google da idarəetmə sistemini təhlükəsiz etmə üzərində işlədiyini elan etmişdi.

Xəfiyyə agentlikləri üçün bu alətlərə giriş əldə etmək çox mühümdür. Çünki insanlar telefonlarını hər yerə aparırlar.

MKİ-nə ən pis təsir edən şeyin, sıfır günlərinin ortaya çıxması və ziyanlı proqramların detallarının aşkarlanması ola bilər.

Sıfır günləri artıq MKİ üçün bir müddət mümkün olmayacaq, lakin, heç şübhəsiz ki, onların, istifadəsiz və tətbiqə hazır başqa vasitələri var.

Potensial olaraq ən çox narahatedici məqam odur ki, detalların yayılması, onları bədniyyətli insanlar üçün əlverişli edir.

Bu barədə daha geniş