Meksikadan ABŞ-a qeyri-qanuni keçənlərin "sayı iki dəfə azalıb"

Meksika və ABŞ sərhədi Fotonun müəllifi Reuters
Image caption ABŞ rəhbərliyi Meksika ilə sərhəddə yeni divar tikmək niyyətindədir

Meksika ilə sərhəddən ABŞ-a gedən qeyri-qanuni mühacirlərin sayı bu ilin iki ayı ərzində ilk dəfə olaraq 40 faiz azalıb.

Bu barədə ölkənin daxili təhlükəsizlik naziri məlumat verib.

John Kelly-nin sözlərinə görə, ABŞ-Meksika sərhəddində fevral ayında saxlanılanların sayı son 5 ildə qeyd olunan ən aşağı göstəricidir.

ABŞ sərhəd xidmətinin məlumatına görə, yanvar ayında sərhədi keçmək istəyənlərin sayı 31578 nəfər, fevralda isə 18762 nəfər olub.

"ABŞ prezidenti Donald Trump səlahiyyətlərini icra etməyə başladığı gündən biz mühacirlərin sayının əhəmiyyətli sayda azaldığını gördük.

Bu yaxşı tendensiyadır və bu insanların özünü və ailəsini insan alverçiləri tərəfindən təhlükəyə atmadıqları deməkdir. ", - deyə Kelly bildirib.

Kelly həmçinin, mühacirlərin qeyri-qanuni yolla cənub sərhəddindən göndərilməsinə görə xidmət haqqının 3,5 min dollardan 8 min dollara yüksəldiyini qeyd edib.

Qeyri-qanuni mühacirlərin, o cümlədən Meksikadan gələn mühacirlərin məhdudlaşdırılıması ABŞ prezidenti Donald Trump-ın seçkiqabağı verdiyi əsas vədlərdən biri idi. Bununla əlaqədər opponentləri ony irqçilikdə ittiham etmişdilər.

Bu ilin yanvar ayında Trump ABŞ-la Meksika sərhəddində divarın tikilməsi barədə sərəncam imzalayıb.

Ağ evin mətbuat katibi Sean Spicer deyib ki, bu tədbir nəticəsində ABŞ-a narkotiklərin, cinayətkarların və qeyri-qanuni mühacirlərin axını azalacaq.

Meksika prezidenti Enrique Peña Nieto isə Trump-ın qərarını tənqid edərək Meksikanın divar tikilməsinə vəsait verməyəcəyini bəyan edib.

Bu barədə daha geniş