İndoneziyada Səudiyyə kralı üçün çılpaq heykəllər örtüldü

Kral Salman ve Jokowi Fotonun müəllifi AP

Aralarında 25 şahzadənin də olduğu 1500 nəfərlik heyətlə İndoneziyaya səfər edən Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz ibn Əbdülrəhman Əl Səud Bogor Sarayındakı çılpaq heykəllərin üzəri örtülüb.

İndoneziyaya yüzlərcə ton əşya yüklü 6 Boeing və bir Hercules karqo təyyarəsilə gələn kral səfərini 3 gün uzadaraq Bali adasına gedib.

Lakin hindlilərin çoxluq təşkil ertdiyi adanın yerli nümayəndələri mədəniyyətlərinin bir parçası olan çılpaq heykəllərin üzərinin örtülməyəcəyini bildiriblər.

Ötən il İran prezidenti Həsən Ruhaninin Romaya səfəri zamanı muzeylərdən birində qadın heykəlinin üzəri örtülmüşdü.

Fotonun müəllifi AFP / Getty
Image caption Balidə çoxlu sayda hind ilahəsinin heykəli var

Səudiyyə Ərəbistanı kralı Balidəki Nusa Dua çimərliyindəki bir oteldə qalır.

Ziyarətdən əvvəl çimərliyin bağlanıb-bağlanmaması müzakirə edilmişdi. Çimərlik bağlanmasa da, otelin qarşısına bambukdan hasar çəkildiyi bildirlib.

Səudiyyə kralı iki il əvvəl Fransanın cənubundakı bir tətil mərkəzinə getmişdi və o zaman xalq çimərliyinin bağlanması narazılıqlara səbəb olmuşdu.

Fotonun müəllifi Reuters

İndoneziyaya səfəri zamanı hava limanında 2500 polis məmuru və əsgərlə qorunan Səudiyyə Ərəbistanı kralı və heyəti üçün Balidə görünməmiş təhlükəsizlik tədbirləri görülüb.

Fotonun müəllifi Reuters
Image caption Səudiyyə Ərəbistanı kralının qaldığı otel

Əlaqəli mövzular

Bu barədə daha geniş