Saxta Justin Bieber uşaqlara təcavüzdə ittiham olunur

Justin Bieber Fotonun müəllifi AP
Image caption Avstraliya polisi Justin Bieber-in gənc azarkeşlərini və onların valideynlərini diqqətli olmağa çağırıb.

Özünü Kanadanın məhşur müğənnisi Justin Bieber kimi qələmə verən Avsrtaliya vətəndaşına qarşı seksual zəmində 931 cinayət işi qaldırılıb.

Queensland ştatının verdiyi məlumata görə, özünü Bieber kimi qələmə verən 42 yaşlı kişi uşaqlardan açıq-saçıq şəkillərinu ona göndərməyi xahiş edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu kişi uşaqlarla ünsiyyət qurmaq uçun müxtəlif platformalardan, o cümlədən Facebook və Skype-dan da istifadə edib.

Azyaşlılara qarşı cinsi zorakılıqda ittiham olunan şəxsə həmçinin 3 təcavüz iddiası qaldırılıb.

Polis inspektoru John Rose Justin Bieber-in gənc azarkeşlərinə və onların valideynlərini diqqətli olmağa çağırıb.

"Uşaqların çoxunun həqiqətən məhşurlarla ünsiyyət qurduqlarına inanması faktı uşaqlarımızı sosial şəbəkələrdə təhlükəsizlyini təmin etməyə öyrətdiyimiz vasitələrin ciddi nəzərdən keçirlməsinin vacibliyini bir daha qeyd edir ", - deyə Rose bildirb.

Polis nüməyəndəsi həmçinin kişinin müxtəlif ölkələrdən olan uşaqlarla ünsiyyət qurduğunu vurğulayıb. Müttəhimin məhkəməsi aprelin 6-da Brisbane-də keçiriləcək.

Justin Bieber Kanadanın məhşur müğənnisidir. O, ilk albomunu 2010-cu ildə, 16 yaşında buraxıb.

Daha sonra Bieber ona daha çox şöhrət gətirən 3 albomu satışa çıxarıb.

Justin Bieber-in özü də həmişə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

Belə ki, 23 yaşlı məhşur limuzin sürücüsü ilə dava etməkdə və sərxoş halda avtomobil idarə etməkdə şübhəli bilinib.

Əlaqəli mövzular

Bu barədə daha geniş