İstanbulda rusiyalı sərnişinləri daşıyan helikopter qəzaya uğrayıb

Helikopterin düşdüyü şosse bağlanıb Fotonun müəllifi Getty Images
Image caption Helikopterin düşdüyü şosse bağlanıb

Türkiyənin İstanbul şəhəri ətrafında S-76 sərnişin helikopteri teleqülləyə carpılaraq qəzaya uğrayıb.

Helikopterin bortunda 4 nəfər rusiyalı sərnişin olub. Qəza nəticəsində onların hamısı həlak olub.

Mətbuatın yaydığı məlumata görə, helikopter Türkiyənin Eczacibası şirkətinə məxsusdur. Şirkət helikopterdə rusiyalı sərnişinlərlə yanaşı iki pilotun və bir Türkiyə vətəndaşının olduğunu təsdiqləyib.

Rayon administrasiyasının başçısı Rusiya vətəndaşlarından savayı azı bir nəfərin də həlak olduğunu bildirib. Beləliklə, ümumilikdə 5 nəfər həlak olub.

Digər iki nəfərin taleyi məlum deyil.

Fotonun müəllifi Getty Images
Image caption Helikopterin 5 sərnişini, o cümlədən 4 rusiyalı həlak olub

Helikopter İstanbuldakı Atatürk hava limanından uçub. Havaya qalxdıqdan sonra teleqülləyə çarpılan helikopter şosseyə düşüb.

Hazırda yol bağlıdır. Hadisə yerində yanğınsöndürənlər, tibb işçiləri və xilasedicilər işləyirlər.

Əlaqəli mövzular