Türkiyədən nota, Hollandiyadan səyahət xəbərdarlığı

Türk bayrağı Fotonun müəllifi EPA
Image caption Hollandiyanın İstanbuldakı konsulluğu qarşısında həftəsonu etiraz nümayişi keçirilib

Türkiyə öz xarici işlər nazirinin təyyarəsinin enməzinə izn verilmədikdən sonra dərinləşən böhran fonunda Hollandiyaya iki nota verdiyini bildirir. Hollandiya isə vətəndaşlarını Türkiyəyə səyahətdən çəkinməyə səsləyib.

Türkiyə öz xarici işlər nazirinin təyyarəsinin enməzinə izn verilmədikdən sonra dərinləşən böhran fonunda Hollandiyaya iki nota verdiyini bildirir.

Hollandiya isə vətəndaşlarını Türkiyəyə səyahətdən çəkinməyə səsləyib.

Türkiyənin Xarici İşlər Nazirliyi "Türk nazirlərinə qarşı diplomatik nəzakət və beynəlxalq qaydalara uyğun olmayan" hərəkətlərə görə Niderland hakimiyyətindən "rəsmi üzrxahlıq gözləyir".

Nazirliyin bəyanatına əsasən ilk notada deyilir ki, Türkiyə hökumət üzvlərinə qarşı Hollandiyanın addımları "1961-ci il tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası və 1963-ci il tarixli Konsulluq əlaqələri haqqında Vyana Konvensiyasının açıq pozulması" halını təşkil edir.

İkinci notada isə, Hollandiya təhlükəsizlik orqanlarının "dinc yığıncaq haqqını istifadə edən şəxslərə namütənasib müdaxilə" ilə bağlı etiraz bildirilir.

Hollandiyanın Xarici İşlər Nazirliyi vətəndaşlara zərürət olmadan Türkiyəyə səfərdən çəkinməyi tövsiyə edir.

Hollandiya hökuməti, nazir Fatma Betül Sayan Kayanın "arzuolunmaz şəxs" kimi deportasiya edildiyinə görə Türkiyənin üzrxahlıq tələbini rədd edib.

Ötən həftə Hollandiya hökuməti Türkiyənin XİN başçısının olduğu təyyarənin enməsinə icazəsini ləğv edib.

Mevlüt Çavuşoğlu Rotterdam şəhərində, referendumda cənab Erdoğanı dəstəkləyən yürüşdə çıxış etməliydi, lakin ötən həftə yürüşə icazə verilməyib.

Hollandiya Rotterdamda türk mitinqinə "izn verməyəcəyini" açıqlayıb

Rotterdam merinin dediyinə görə, yürüş təhlükəsizlik barədə narahatlıqlara görə qadağan edilib.

Bundan əvvəl Almaniyanın maliyyə naziri Wolfgang Schaeuble Türkiyənin Avropa ölkələri ilə arasındakı gərginliklər və Almaniyanın Die Welt qəzetinin Türkiyə müxbiri Deniz Yücel-in həbsi səbəbilə iqtisadi yardım məsələsində Türkiyə ilə işləməyə davam etməyin çətinləşdiyini deyib.

Almaniya-Türkiyə gərginliyi

Fotonun müəllifi AFP
Image caption Almaniyanın maliyyə naziri Wolfgang Schaeuble

Schaeuble, Türkiyə liderlərinin işbirliyini irəlilətmək istəyinin olmadığını bildirib və qeyd edib ki, Türkiyənin Hollandiya, Danimarka və Almaniya ilə yaşadığı gərginliklər Türkiyənin xeyrinə deyil.

Almaniyanın ZDF kanalına danışan Schaeuble, "Bu şərtlər altında bu mövzuda işləməyə davam etməyimiz son dərəcə çətindir" deyib:

"Almaniya hökümətində hamı gərginliyin daha çox artmaması gərəkdiyi mövzusunda həmfikirdir."

"Tək istəyimiz Türkiyənin sağlam düşüncəyə dönməsidir."

Türkiyə Avropa İttifaqına namizəd bir ölkə olaraq hər il Aİ büdcəsindən dəyişən miqdarda maliyyə alır.

2014-2020-ci illər arasında Türkiyəyə 4.5 milyard avro yardım edilməməsi planlaşdırılıb.

Bu barədə daha geniş