Evsiz kişi eşq üstündə yandırılıb

CCTV kamera görüntüsü qurbanın necə alovla mübarizə apardığını göstərir
Image caption CCTV kamera görüntüsü qurbanın necə alovla mübarizə apardığını göstərir

Evsiz kişini yandıran italiyalı, bunu etiraf edərək hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

Guiseppe Pecoraro, Siciliyanın Palermo şəhərində Marcello Cimino adlı şəxsin üzərinə benzin tökərək yandırdığını boynuna alıb.

Yerli polis bildirib ki, benzin doldurma məntəqəsində işləyən Cənab Pecoraro, evsiz kişinin arvadına sataşdığını düşünüb.

Video yazıda cənab Pecoraro-nun cənab Cimino-nu yuxuda olarkən yatağına benzin tökdüyü görünür.

Qonşular cənab Cimino-nun ağrıdan qışqırdığını eşidiblər. O, təcili tibbi yardım çatmamışdan qabaq ölüb.

Hücumçu da əllərini yandırıb. O, hadisədən 24 saat keçməmiş şənbə günü həbs olunub.

İtaliyanın La Repubblica qəzetinin yazdığına görə o, polisə əlini qəhvə maşınında yandırdığını desə də, sonra etiraf edib.

Palermonun meri Leolua Orlando qətli "təmiz barbarlıq aktı" kimi qiymətləndirib və bildirib ki, meriya binasının bayrağı yarıya endiriləcək.

La Repubblica-ya sızan cinayətin video görüntüləri polisin bu iş üzrə də araşdırma başlatmasına səbəb olub.

Cənab Pecoraro qətldə ittiham olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş