Donald Trump-ın 2005-ci il vergi bəyannamələri sızıb

Donald Trump at the White House. 13 March 2017 Fotonun müəllifi AP
Image caption Cənab Trump seçki kampaniyası zamanı, uzunmüddətli ənənələri pozaraq öz vergi bəyannamələrini paylaşmaqdan imtina edib.

ABŞ Prezidenti Donald Trump 2005-ci ildə 150 milyon dollardan çox gəliri üçün 38 milyon dollar vergi ödəyib, qismən sızdırılmış vergi bəyannamələri göstərir.

Vergi bəyannamələrinin iki səhifəsi ABŞ Televiziya şəbəkəsi MSNBC tərəfindən aşkarlanıb, lakin sənədlərdə gəlir mənbələri və ya xeyriyyəçilik barədə heç bir məlumat yoxdur.

Ağ Ev vergi bəyannamələrinin nəşrinin qanunazidd olduğunu bildirib.

Cənab Trump seçki kampaniyası zamanı, uzunmüddətli ənənələri pozaraq öz vergi bəyannamələrini paylaşmaqdan imtina edib.

O bəyan edib ki, vergi bəyannamələri vergi orqanları tərəfindən audit altındadır və onun vəkilləri vergi bəyannamələrini aşkarlamağı məsləhət görmürlər. Onun tənqidçiləri, cənab Trump-ın gizlətməyə nəyisə olduğundan şübhələnirlər.

Müxbirlər deyirlər ki, sənədlər ətraflı olmasa da, sızması da əhəmiyyətlidir, çünki prezidentin vergi məsələləri ilə bağlı məlumat azdır və bu ona əlavə informasiya vermək üçün təzyiqləri artıra bilər.

İki səhifəlik sənədlərdən göstərir ki, Cənab Trump federal mənfəət vergisi üçün 5.3 milyon və əlavə olaraq alternativ minimum vergi (AMV) üçün 31 milyon dollar ödəyib.

AMV 50 il öncə varlı insanların vergidən yayınmağının qarşısını almaq üçün azalmalardan istifadə etməsini dayandırmaq üçün yaradılıb.

Cənab Trump bu vergi növünün ləğv edilməsinə çağırıb.

38 milyon dollar vergi sadə amerikalının ödəyəcəyi vergidən 24 faiz çoxdur, amma varlıların ödədiyi orta vergi miqdarından 27.4 faiz azdır.

Federal vergi bəyannamələrini açıqlamaq cinayət məsuliyyəti yaratsa da, MSNBC-in aparıcısı Rachel Maddow "Birinci Düzəliş"ə əsasən məlumatın ictimai maraqlara xidmət etdiyini deyib.

MSNBC-in jurnalisti David Cay Johnston bildirib ki, o sənədləri poçt vasitəsilə anonim mənbədən alıb.

Yayımdan əvvəl Ağ Ev bildirib: "Bilirsiniz, siz on il əvvələ aid təxminən iki səhifəlik vergi bəyannamələrini paylaşmaqla qanunu pozmağa hazır olduğunuza görə reytinq üçün çarəsizsiniz."

1976-ci ildən bəri, belə bir qanun olmasa da, ABŞ prezidentliyinə hər bir namizəd vergi bəyannamələrini açıqlayır.

Fotonun müəllifi AFP
Image caption Prezident Trump-ın qolf kursları və lüks otellər biznesi var

Prezidentliyə namizədlik kampaniyası zamanı cənab Trump bəyannamələri açıqlamaması barədə belə deyib: "Bu məni ağıllı edir."

Oktyabrda New York Times onun 1995-ci ilə dair vergi bəyannamələri aşkarlayıb. Həmin sənədlərdə onun 916 milyon dollar itki verdiyi görünür.

Təhlilçilərə görə, bu ona sonrakı 18 il ərzində daha az vergi ödəmək imkanı verə bilərdi.

Bu barədə daha geniş