Şimal Buzlu Okeanında tullantılar adası "yarana bilər"

Denizde yüzen bir plastik şişe Fotonun müəllifi Reuters

Dənizlərdəki çirklənməyi araşdıran mütəxəssislər Şimal Buzlu Okeanında plastik əşyalardan və tullantılardan ibarət bir adanın yarana biləcəyinə diqqət çəkib.

Bu günə qədər Sakit, Atlantik və Hind okeanında 5 ədəd belə tullantı adası yaranıb.

İngiltərədə nəşr olunan "İ" qəzetinin manşetində yer alan xəbərə görə, Qütb və Dəniz Araşdırmaları İnstitutundan olan Alfred Wegener və Melanie Bergmann bölgədə plastik tullantıların həcmininin artacağını gözləyilər.

Bergmann dünya dənizlərindəki altıncı tullantı adasının Şimal Buzlu Okeanında ortaya çıxmasının mümkün olduğunu, lakin tullantı adalarının dəniz səthinin altında yaranmağa başladığı üçün onları müəyyən etməyin çətin olduğunu bildirib.

Ön böyüyü Sakit okeanda

Şimal Buzlu Okean bu günə qədər ən az çirklənən dənizlər arasında yer alırdı.

Qəzetin bölgə redaktoru Tom Bawden-in sözərinə görə, bu tullantı adalarının ən böyüyü Hawaii ilə California arasında yerləşir.

Burada tullantıların ən sıx olduğu bölgənin sahəsi bir milyon kvadrata yaxındır. Qəzetin qənaətinə görə, burada içki şirkətlərinin də rolu var.

Qəzetin əlaqə saxladığı şirkət təmsilçiləri çirklənmə ilə mübarizədə daha çox şey edə biləcəklərini söyləsələr də, Coca Cola şirkəti İngiltərənin müzakirə etdiyi plastik şüşələrə depozit qoyulması təklifinə müsbət cavab verib.

İngiltərə 2015-ci ildə plastik çirklənməyi azaltmaq məqsədilə böyük marketləri plastik torbalardan ödənişli istifadə etməyə məcbur etmişdi.

Bunun sayəsində İngiltərə 2017-ci ildə illik istifadəsi 7 milyard ədəd olan plastik torbaların həcmini 2016-cı ildə 500 milyona endirməyə müvəffəq olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş