Dosent Kelly ilə müsahibə: “Axmaqlıq edib qapını bağlamadım”
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Dosent Kelly ilə müsahibə: “Axmaqlıq edib qapını bağlamadım”

Pusan Milli Universitetinin dosenti Robert Kelly-n ailəsi bir an içində bütün dünyada məşhurlaşıb.

Cümə axşamı günü BBC-ə müsahibəsi zamanı Kelly-n otaqda anidən peyda olan övladları və onların arxasıyca xanımının içəri tələsik girməsi səhnəsi, sosial səhifələrdə dəfələrlə paylaşılıb.

Bir neçə gün sonra, BBC-n Kelly-dən müsahibə alan müxbiri James Menendes yenidən dosentlə əlaqə yaradaraq anidən yaranan bu məşhurluq haqqında danışıb və sosial səhifələrin bəzəyinə çevrilən hadisə haqqında suallar verib.