Hollandiya seçkiləri: Baş nazir Mark Rutte qələbəni qeyd edir

Fotonun müəllifi Getty Images
Image caption Baş nazirin VVD partiyasının parlamentdə 150 yerdən 33-nü qazandığı məlum olub

Hollandiyanın baş naziri Mark Rutte parlament seçkilərində qələbəsini bayram edərkən deyib ki, Hollandiya "yanlış populizmi" rədd edib.

Səslərin sayılmasından sonra məlum olub ki, onun rəhbəri olduğu VVD partiyası anti-miqrasiya, anti- Avropa İttifaqı olan Geert Wilders-in Azadlıq Partiyasına asanlıqla qalib gəlib.

Lakin cənab Wilders təkid edib ki, "patriotik bahar" hələ də baş verə bilər.

Səslərin 90 faizinin sayılmasilə baş nazirin VVD partiyasının parlamentdə 150 yerdən 33-nü qazandığı məlum olub. Partiya ötən partlamentdən 8 yer daha az qazanıb.

Cənab Wilders-in Azadlıq partiyası (PVV) yer sayına görə ikincidir. Partiya 20 yer qazana bilib.

Xristian Demokrat Apellyasiya (CDA) və liberal Demokratlar 66 (D66) partiyalarının isə hərəsi 19 yer qazanıb.

Yaşıl-Sol partiyası ötən parlamentə nisbətən 10 yer daha çox, yəni 14 yer əldə edib.

Əmək Partiyası isə tarixi məğlubiyyətlə üzləşib. Partiya əvvəlki parlamentə nisbətdə 29 yer itirib və yalnız 9 yer qazana bilib.

Seçkilərin son 30 ildə ən fəal keçdiyi və fəallıq faizinin 80 faiz olduğu deyilir.

Fotonun müəllifi AFP
Image caption Seçkiyə hazırlıq dövründə bəzi rəy sorğuları Geert Wilders-in partiyasının qələbəsini proqnazlaşdırıb

Seçkiyə hazırlıq dövründə bəzi rəy sorğuları PVV-nin qələbəsini proqnazlaşdırıb.

Cənab Wilders Niderlandı Avropa İttifaqından çıxarmağa, bütün məscidləri bağlamağa və Qurana qadağa qomağa söz vermişdi.

Artıq üçüncü müddətə baş nazir olmağa hazırlaşan cənab Rutte digər Avropa liderləri tərəfindən hərarətlə qarşılanıb.

Fransa prezidenti Francois Hollande deyib ki, cənab Rutte "ekstremizmə qarşı təmiz qələbə" qazanıb.

Angela Merkel-in qərargah rəisi Peter Altmaier Twitter-də yazıb: "Hollandiya, ah Hollandiya siz çempionsunuz! Bu möhtəşəm nəticə münasibətilə təbrik edirəm".

Populist partiyaların digər Avropa İttifaqı ölkələrində baş tutacaq seçkilərdə necə nəticə göstərəcəyi ilə bağlı bir çoxları Hollandiyada səsverməni diqqətlə izləyib.

Fransada gələn ay prezident seçkiləri, Almaniyada isə sentyabr ayında ümumi seçkilər baş tutacaq.

Deputat mandatı partiyanın səs payına dəqiq mütənasib bölüşdürüldüyü üçün VVD partiyası digər partiyalarla koalisiyaya girməlidir.

Bu proses həftələrlə, bəzən aylarla vaxt apara bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş