Türkiyədə işsizlik səviyyəsi son 7 ilin zirvəsindədir

İş və işçi axtarma qurumunun bir şöbəsinin qarşısında gözləyən vətəndaşlar Fotonun müəllifi DHA
Image caption İş və işçi axtarma qurumunun bir şöbəsinin qarşısında gözləyən vətəndaşlar

Türkiyədə işsizlik 2016-cı ilin dekabr ayında 2015-ci ilin həmin vaxtı ilə müqayisədə 1,9 faiz artaraq 12. 7 faizə qalxıb.

Son məlumatla birlikdə işsizlik 2010-cu ildən bu yana ən yüksək səviyyəyə çatıb.

Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatlarına görə, 15-25 yaş arası insanlar arasında işsizlik daha pis vəziyyətdədir. Belə ki, gənclər arasında işsizlik nisbəti 4,8 faiz artaraq 24 faiz təşkil edib.

Mövsümlə bağlı araşdırılmış işçi qüvvəsi məlumatlarına görə isə sənaye və inşaat sahəsində geriləmə müşahidə olunub. Məlumata görə, sənayedə məşğulluq 2015-ci illə müqayisədə 51 min, inşaat sahəsində isə 28 min nəfər azalıb.

Məşğulluq nisbəti aşağı düşür

Məşğulluq məlumatlarının önəmli göstəricilərindən biri isə, Türkiyənin gənc əhalisindən qaynaqlanan artan əmək rəqəmlərinin də nəzərə alınaraq məşğulluq imkanlarının artırılıb-artırılmamasıdır. İşsizlik artarkən məşğulluğun artması, işşi qüvvəsi bazarında müsbət bir abı-havanın göstəricisi kimi qəbul edilir. Bu gün açıqlanan məlumatlara görə, məşğulluq səviyyəsi ötən ilin eyni vaxtı ilə müqayisədə 0,3 fazi geriləyərək 45,1 səviyyəsində qalıb.

"Xüsusilə yanvar ayına olan məlumat açıqlandığında, məşğulluq bazarındakı müsbət irəliləyiş də öz təsirini göstərəcək və işsizlik rəqəmlərində aşağı istiqamətdə müsbət bir düzəlmə ehtimalı yüksək olacaq",-deyən Alkın qlobal iqtisadiyyatdakı vəziyyətə diqqəti çəkərək Çin və Hindistanın xaricində inkişaf etmiş ölkələrdəki artım nisbətlərinin Türkiyədən geridə qaldığını vurğulayıb.

Kerem Alkin: Bu tablo geçici

BBC türkcənin suallarını cavablandıran təhlilçilərdən bəziləri bu tablonun müvəqqəti xarakter daşıdığını söyləyərkən, bəziləri daimi iqtisadi islahatlar aparılmayana qədər heç bir şeyin dəyişməyəcəyini söyləyiblər.

Türkiyə Sərvət Fondu idarə heyəti üzvlərindən olan, Medipol Tədris Universitetinin üzvü Kerem Alkın hökumətin məşğulluq bazarındakı zəifləməyə qarşı aldığı tədbirlərin bu gün açıqlanan 2016-cı il məlumatına təsir etmədiyini söyləyərək qarşıdakı aylarda daha müsbət bir tablonun ortaya çıxacağını düşünür.

Fotonun müəllifi DHA
Image caption Mardinin Derik əyalətində izdiham olduğuna görə nətiçələrin püşkatma ilə müəyyən edildiyi iş müraciəti

Türkiyənin qlobal mühitdəki mənfiliklərinə və 15 iyul dövlət çevrilişinə cəhd hadislələrinə baxmayaraq yaxşı vəziyyətdə olduğunu düşünən Alkın "Bu qlobal qeyri-müəyyənlik aradan qalxdıqdan sonra, 2018-ci ildən etibarən hesabatlarda yaxşılaşma gözlənilir, Türkiyə iqtisadiyyatında və məşğulluq məlumatlarında yaxşılaşma olacağını görəcəyik" deyib.

Kerem Alkın eyni zamanda referendum nəticələrinə görə, qeyri-müəyyənliyin sona çatmasıyla investisya bazarının və dolayısı ilə məşğulluğun da artacağını gözləyir.

Uğur Gürses: Bizim üçün nikbin dövr sona çatdı

Vəziyyətin bir o qədər də nikbin olmadığını düşünənlərdən biri də iqtisadiyyat sahəsində mütəxəssis olan jurnalist Uğur Gürsəsdir.

"Adətən "seçimlər olsun, referendum olsun sonra açılır" deyilir, amma mən bunu müsbət hal kimi görürəm. Çünki bir sürət kimi baxıldığında 2011-ci ildən sonra Türkiyədə işsizliyin ən dib nöqtəsindən yuxarı çıxdığını görürük",-deyə Gürses bildirb.

İşsizlikdəki yüksəlişin ötən ilin başından bu yana bir tendensiya halında irəlilədiyinə diqqəti çəkən Gürses xaricdə müsbət abı-havanın və bol pul dövrünün sona çatdığı bir zamanda, Türkiyənin hələ də struktur islahatlarını etməmiş olmasını kövrəkliyi artıran bir ünsür olaraq görür.

"Türkiyənin öz islahatlarını həyata keçirmək yerinə siyası böhranlara sovrulmuş olması, qüvvələr ayrılığının həqiqətən qalxması, hüququn üstünlüyünün qalxması, iqtisadiyyatın zəifləməsi və işsizliyin artmasına gətirir. Türkiyə demokratik, hüquqa bağlı bir ölkə olmadığı müddətdə ölkədən kənardakı inkişaflardan daha çox təsirlənəcək kimi görünür. Bizim üçün ölkədən kənarda üstün dövr sona çatdı",-deyə Gürses fikirlərini bölüşüb.

ABŞ Mərkəzi Bankının (FED) yanvar ayında sabit tutduğu faizləri TSİ toplantısında artıracağı gözlənilirdi. FED-in faizləri artırması dolların TL qarşısında güclənməsi deməkdir.

FED-in faiz siyasəti bütün dünya iqtisadiyyatını yaxından maraqlandıran əsas amillərdən biridir.

Bu barədə daha geniş