Hakim Trump-ın yeni səyahət qadağasını dayandırıb

Demonstrators gather near The White House to protest President Donald Trump's travel ban on March 11, 2017 in Washington Fotonun müəllifi AFP
Image caption Prezident Trump-ın yeni səyahət qadağası ABŞ-da bir daha etirazlara səbəb olub

Hawaii ştatında federal hakim ABŞ prezidenti Donald Trumpın yeni səyahət qadağasının cümə axşamı günü qüvvəyə minməsindən bir neçə saat əvvəl dayandırıb.

Hakim Derrick Watson qadağanın milli təhlükəsizlik məsələsi olması barədə iddianın "sual altında olan dəlillərə" əsaslandırıldığını deyib.

Prezident Donald Trump hakimin qərarını "məhkəmələrin görünməmiş dərəcədə səlahiyyətlərini aşma" kimi qiymətləndirib.

Prezidentin yeni sərəncamına əsasən müsəlman olan altı ölkədən ABŞ-a səyahət edən insanların ölkəyə girişinə 90 günlük və qaçqınlara 120 günlük qadağanın tətbiq etməyi nəzərdə tutur.

Cənab Trump israr edir ki, sərəncam terrorçuların ABŞ-a girişini dayandırmaq niyyətini daşıyır, lakin onun tənqidçiləri bu addımın ayrı-seçkilik yaratdığını deyirlər.

Sərəncamın ilkin versiyası yanvar ayında Seattle hakimi tərəfindən ləğv edildikdən əvvəl qalmaqala və etirazlara səbəb olmuşdu.

Bu barədə daha geniş