Böyük Britaniya kraliçası Aİ-nı tərk etmək barədə qanunu təsdiqlədi

Королева Fotonun müəllifi Getty Images

Böyük Britaniya kraliçası II Elizabeth ölkəsinin Avropa İttifaqını tərk etməsi istiqamətində mərhələnin başlanması barədə qanun layihəsini imzalayıb.

Bu həftənin əvvəlində Böyük Britaniya parlamentinin hər iki palatası Lissabon sazişinin 50-ci bəndinin həyata keçirilməsi barədə qanun layihəsini qəbul edib.

Lissabon sazişinin 50-ci bəndinə əsasən Aİ üzvü olan hər bir ölkə onu tərk etmək hüququna sahibdir.

Bunun üçün Aİ-na bu barədə rəsmi şəkildə məlumat vermək və daha sonra danışıqlar prossesinə başlamaq lazımdır.

Bu barədə daha geniş