Hələbdə məscidə zərbə: “42 nəfər həlak olub”

Əl Cineh, Hələb əyaləti. 16 mart, 2017-c il Fotonun müəllifi Getty Images
Image caption Məscid dağıntıları altında adamların qaldığı güman edilir

Suriyanın Hələb əyalətində yerləşən əl-Cineh kəndindəki məscidə hava zərbəsi nəticəsində azı 42 adam ölüb, fəallar bildirirlər.

Suriya İnsan Hüquqları Müşahidə qrupunun məlumatına əsasən hücum vaxtı 100-dən artıq adam xəsarət alıb.

"Reyd vaxtı naməlum təyyarələrin məscidə hava zərbəsi nəticəsində, əksəriyyəti mülki olan 42 adam həlak olub", - Londonda mənzillənən Suriya İnsan Hüquqları Müşahidə qrupunun nümayəndəsi bildirib.

Suriya: Münaqişənin tarixçəsi

ABŞ ordusu ötən gün bölgədəki hədəflərə hava zərbələrinin endirildiyini təsdiqləsə də, məscidə hava hücumuna görə məsuliyyət daşımadığını bildirib.

"Bizim hədəfimiz məscid yox, silahlıların görüş keçirdiyi bina olub. O hazırda yerində olan məsciddən 15 metr aralıda yerləşir", - ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi John Thomas-ı Frans Press agentliyi iqtibas edir.

Amerika hərbiyyəsinin nümayəndəsi dinc sakinlərin ölümü barədə məlumatların yoxlanıldığını qeyd edib.

Hadisənin baş verdiyi bölgədə Rusiya və Suriya təyyarələri fəaldır.

ABŞ qüvvələri də cihadçılara qarşı reydlər həyata keçirir.

Bu barədə daha geniş