Paris aeroportunda hücum edən şəxs öldürülüb

Polis Fotonun müəllifi AP

Fransa paytaxtının Orly aeroportunda əsgərin silahını ələ keçirməyə cəhd edən şəxs öldürülüb, Fransa rəsmiləri bildirir.

Öldürülən 39 yaşlı kişidir. Onun adı radikallaşdırılmış şəxslər siyahısında olub.

Hadisədən əvvəl o, Parisin şimalında nəzarət-buraxılış məntəqəsində saxlanılarkən polisə travmatik silahdan atəş açmaqda şübhəli bilinir.

Bundan sonra avtomobilini tərk edən şübhəli başqa bir maşınla Orly aeroportuna gəlib.

Rəsmilər deyir ki, aeroportda keşik çəkən əsgərlərə yaxınlaşan şəxs silahı ələ keçirmək cəhdindən sonra yaxınlıqdakı mağazaya üz tutub. O, bu məqamda açılan atəşlə öldürülüb.

Atəş səsləri eşidildikdən sonra aeroporta gələn sərnişinlərə təyyarədən bayıra çıxmağa izn verilməyib.

Fotonun müəllifi AFP

Paris hava limanının bir hissəsi təxliyə edilib.

Fotonun müəllifi AFP
Image caption İnsidentdən sonra hava limanında olanlar təxliyə edilib.

Hadisə ilə bağlı aeroportda xüsusi əməliyyat davam edir.

Məlumata əsasən onun keçirilməsinə partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəsisslər cəlb edilib.

Polis öldürülən şəxsin üzərində partlayıcının olmadığını bildirir.

İnsident vaxtı başqa zərər çəkən olmayıb.

Fotonun müəllifi AFP
Image caption Atəş barədə xəbərlərdən sonra hava limanı ətrafında tıxaclar yaranıb.
Fotonun müəllifi AFP
Image caption Hadisə ardınca aeroporta əlavə polis gətirilib.

Orly aeroportundan uçuşlar təxirə salınıb.

Səyahət edənlərə alternativlər barədə düşünmək tövsiyə edilir.

Fotonun müəllifi AFP
Fotonun müəllifi AFP

Orly aeroportu Parisdən 13 kilometr cənuba doğru yerləşir.

O, böyüklüyünə görə Fransa paytaxtının ikinci hava limanıdır.

Ötən ay Parisdə Louvre muzeyinin qarşısındakı əsgərlərə bıçaqla hücum edən şəxs öldürülmüşdü.

Bu barədə daha geniş