Yeni dərman infarktla mübarizədə "əhəmiyyətli irəliləyişdir"

Пациент Fotonun müəllifi Getty Images

Alimlər bədəndəki zərərli xolesterin səviyyəsini aşağı salmaqla ürək tutması ilə beyin qanaması riskini azalda biləcək yeni dərmanın sinaqlarını başa çatdırıblar.

British Heart Foundation tibb-xeyriyyə cəmiyyəti 27 min adamın iştirak etdiyi sınaqları ürək-damar xəstəliklərilə mübarizə sahəsində əhəmiyyətli irəliləyiş adlandırıb.

Zərərli xolesterin damarların tıxanmasına səbəb olaraq ürək və beyin kimi müxtəlif orqanların qanla təchizatını pozur.

Zərərli xolesterin əleyhinə hazırda statin əsaslı dərmanlar istifadə olunur.

Yeni dərman - evolocumab - qaraciyərdən keçən qanın tərkibində zərərli xolesterinin azalmasına səbəb olur.

"Bu statinlərdən daha effektivdir", - Amgen farmakologiya şirkətinin maliyyələşdirdiyi tədqiqatda iştirak edən UCL kollecinin professoru Peter Sever bildirir:

"Xolesterinin həcmi azala-azala gedirdi və nəticədə indiyədək tibbi təcrübədə rast gəldiyimiz ən aşağı səviyyəyə endi".

Ürək tutması ilə beyin qanaması hər il 15 milyon adamın ölümünə səbəb olur.

Əlaqəli mövzular

Bu barədə daha geniş