ABŞ kəşfiyyat rəhbərləri Rusiya iddialarını araşdıracaq

  • 20 Mart 2017
FBI direktoru James Comey Fotonun müəllifi AP
Image caption FBI direktoru James Comey

İki ABŞ kəşfiyyat rəhbəri Donald Trump-ın seçki kampaniyasının Rusiya ilə əlaqələri barədə iddialara dair Kongres önündə ifadə verəcəklər.

Onlar həmçinin cənab Trump-ın sələfi Barack Obama-nın göstərişi ilə izləndiyi barədə sübütsuz iddiaları barədə də danışacaqlar.

Federal Təhqiqatlar Bürosunun (FTB/FBI) direktoru James Comey və Milli Təhlükəsizlik Agentliyinin (MTA/NSA) rəhbəri Admiral Mike Rogers Kongres kəşfiyyat komitəsinin nadir açıq iclasında iştirak edəcəklər.

Cənab Trump araşdırmanı "tam bir əcinnə ovu" adlandırıb.

Rusiya ABŞ prezident seçkilərinə təsir etməsi barədə iddiaları təkzib edir.

İddalar nədir?

Yanvarda ABŞ kəşfiyyat agentlikləri Kremlin dəstəklədiyi hakerlərin demokratların emaillərinə daxil olaraq mübahisə yaradacaq emailləri cənab Trump-ın Hillary Clinton-u məğlub etməsinə yardım göstərmək üçün yaydıqlarını iddia etmişdilər.

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ/CIA) FTB və MTA-nın birgə hazırladığı hesabatda Rusiya lideri Vladimir Putin-in ABŞ seçkisinə təsir göstərməyə yönələn kampaniyaya əmr verdiyi bildirilir.

Hesabatın buraxılışından sonra cənab Trump seçki kampaniyası üzvlərinin Rusiya rəsmiləri ilə əlaqələri barədə iddialarla üzləşib.

Fotonun müəllifi Getty Images
Image caption Devin Nunes (sağda), Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin rəhbəri və komitənin baş demokrat üzvü Adam Schiff (solda)

ABŞ Nümayəndələr Palatası kəşfiyyat komitəsinin respublikaçı rəhbəri Devin Nunes və komitənin baş demokrat üzvü Adam Schiff iddialara dair araşdırmaya rəhbərlik edirlər.

Bazar günü cənab Nunes "bu səhərəcən əldə etdiyi hər şeyin" cənab Trump-ın seçki kampaniyası və Rusiya arasında əməkdaşlıq barədə iddialara "heç bir sübutun" olmadığını deyib.

Keçmiş Milli Kəşfiyyat direktoru James Clapper də iddialara dair heç bir sübut görmədiyini qeyd edib.

Lakin, cənab Schiff əldə etdiyi məlumatlara əsasən bildirib ki, ABŞ vətəndaşlarının dolayısı ilə seçkiyə təsir göstərmək üçün Rusiya ilə əlaqələri sübut olunub.

Bu barədə daha geniş