Parisdə öldürülmüş silahlının qanında narkotik maddə tapılıb

Parisin cənubunda yerləşən Orly aeroportunda polis Fotonun müəllifi AP
Image caption Parisin cənubunda yerləşən Orly aeroportunda polis

Şənbə günü Parisin Orly hava limanında əsgərin silahını ələ keçirməyə cəhd edən və nəticədə öldürülən şəxsin qanında narkotik maddə və spirt aşkar edilib.

39 yaşlı Ziyed Ben Belgacem əsgərin başına silahı yönəldərək "Allah üçün olmək" istədiyini deyəndən sonra öldürülüb.

Paris prokurorları silahlının meyitinin yarılması zamanı aparılan testlərdə onun qanında kokain və kənaf bitkisinin izləri tapılıb.

Həmçinin, Belgacem-in qanında spirtin səviyyəsi hər litr qana 0,93 qram - Fransada avtomobil sürmək üçün həddən iki dəfə artıq səvviyədə - olduğu aşkar edilib.

Rəsmilər onun həbsxanada radikallaşdığını və polisin müşahidə siyahısında olduğunu deyiblər.

Fransa paytaxtı Parisin ikinci ən böyük hava limanında hərbi patrula hücumundan əvvəl o, bir silahlı atışmada və maşın oğurluğunda iştirak edib.

Paris prokuroru Francois Molins şənbə günü jurnalistlərə Belgacem-in keçmişdə silahlı qarət və narkotiklə bağlı cinayətlər törətdiyini deyib.

Bazar günü Fransa radiosu Europe 1-ə özünü cənab Belgacem-in atası kimi təqdim edən şəxs onun içki içdiyini və din ilə məşğul olmadığını bildirib.

"Mənim oğlum terrorçu olmayıb. O heç vaxt namaz qılmayıb və içki içərdi. Lakin içki və kənafın təsiri altında insanın axırı belə olur," Belgacem-in atası deyib.

Europe 1 radiosu onun adını açıqlamayıb.

Polis Belgacem-in atasını nəzarətdən şənbə günü, qardaşı və əmisi oğlunu isə bazar günü azad edib.

Bu barədə daha geniş