İvanka Trump-ın Ağ evdə iş otağı olacaq

İvanka Trump Fotonun müəllifi AFP
Image caption İvanka Trump atasının Kanadanın baş naziri Justin Trudeau ilə görüşündə iştirak edib.

ABŞ prezidenti Donald Trump-ın böyük qızı İvanka Trump-ın Ağ Evdə iş otağı olacaq. Lakin prezidentin 35 yaşlı qızı onun administrasiyasında hansısa vəzifəni tutmayacaq.

Politico nəşrinin İvanka Trump-ın vəkili Jamie Gorelick-ə istinadən yaydığı məlumata görə, məxfi materiallara girişi olan prezident qızı faktiki olaraq Donald Trump-ın müşaviri səlahiyyətlərini icra edəcək. Onun başlıca vəzifəsi atasının "gözü və qulaqları" olmaqdır.

Deyilir ki, İvankanın otağı Oval kabinet tərəfdə, Ağ Evin qərb hissəsində yerləşəcək.

Fotonun müəllifi EPA
Image caption ... və Almaniya kansleri Angela Merkel ilə görüşdə

Donald Trump-ın dünya liderləri ilə görüşündə iştirak edən İvanka o cümlədən Kanadanın baş naziri Justin Trudeau və Almaniya kansleri Angela Markel ilə danışıqlarda da iştirak edib.

İvankanın vəkilinin sözlərinə görə, prezident qızının Ağ Evdə olması qohumbazlıqla mübarizəyə yönəlmiş Amerika qanunvericiliynə zidd deyil.

Cünki məvacib almayan İvankanın hansısa rəsmi vəzifəsi yoxdur və o, sadəcə könüllü olaraq müşavir səlahiyyətlərini yerinə yetirəcək.

Bir qədər əvvəl Trump-ın qızının həyat yoldaşı Jared Kushneri Ağ evdə baş müşavir vəzifəsinə təyin etməsi rezonans doğurmuşdu.

Tənqidçilər Kushnerin diplomatik təcrübəsi olmadığını vurğulamışdılar.

Trump kimi onun kürəkəni də böyük iş adamıdır. Daşınmaz əmlak imperiyası ona atası Charles Kushnerdən miras qalıb.

Deyilənlərə görə, Trump kürəkəninn fikirləri ilə hesablaşır.

Kushner Trump-ın seçkiqabağı kampaniyası zamanı internet-strategiyalarına rəhbərlik edərək yüksək rütbəli əməkdaşların işə cəlb olunması məslələri ilə məşğul olub.

Kushner-i baş müşavir təyin edən Trump İsrail və Fələstin münaqişənin həlli istiqamətində danışıqların aparılmasını kürəkəninə tapşırıb.

Trump-ın sözlərinə görə, yəhudi ailəsində böyüyən Kushner bu regionu və insanları yaxşı taniyir.

Bu barədə daha geniş