Britaniyalı komandir vəzifəsini ərinə ötürüb

Gill and Alan
Image caption Polkovnik-leytenant Gill Wilkinson və polkovnik-leytenant Alan Wilkinson

Şotlandiyalı cütlük, qadın komandir vəzifəsini ərinə təhvil verdikdən sonra Britaniya hərbi tarixinə daxil olublar.

Polkovnik-leytenant Gill Wilkinson Dunfermline-də yerləşən 154-cü (Şotland) Kral Logistik Alayın komandiri idi.

O, ötən ay vəzifəsini əri Polkovnik-leytenant Alan Wilkinson-a təhvil verib.

Bununla da, 1998-ci ildə evlənən Gill və Alan Wilkinson bir-birinin ardınca eyni hərbi vəzifədə işləyən ən yüksək rütbəli cütlük olublar.

45 yaşlı Gill Şimali İrlandiyada doğulub və orduya 90-cı illərdə qoşulub, lakin iki uşağı doğulduqdan sonra hərbi karyerasını tərk edib.

Orduya 2003-cü ildə qayıtdıqdan sonra, Gill Wilkinson 2014-cü ildə 154-cü Kral Logistik Alayının komandiri təyin edilib.

46 yaşlı Alan, Britaniya Ehtiyat Orudusunda xidmət etdikdən əvvəl Kral Ordusunda xidmət göstərib. Yoldaşı Gill komandir vəzifəsinə təyin edildikdən sonra o, uşaqlarının baxımında əsas rolu Gill-dan öz üzərinə götürüb.

Image caption Evdə Gill və Alan uşaqların baxımı ilə bağlı rolları dəyişiblər

Gill BBC Şotlandiya bölümünə müsahibəsində deyib ki, "alaya məsuliyyət daşıdığını hiss edirsən. Bu bir az valideyin vəzifəsinə oxşayır. Sənin əsgərlərin ailən kimidirlər".

"Adətən komandir öz vəzifəsini tərk etdikdən sonra alayına geri baxmır, və növbəti komandiri işlə məşğul olmağa buraxır".

"Əlbəttə ki, mən bunu etməyə çalışıram, amma onlara barədə maraqlanıb işlərinin necə getdiyini soruşaraq onlara qayğımı göstərə bilərəm."

Şotlandıyalı Alan Gill ilə orduya qoşulmadan əvvəl, Dundee universitetində tanış olub.

O ehtiyat ordusuna 2009-cu ildə qoşulub.

Gill Kral Logistik Korpusuna orduda kişilərlə qadınlara ən barəbər şəraitlər və imkanlar yaradan korpus olduğu üçün qoşulduğunu deyib.

"Kişilər hələ də çoxluq təşkil edir, lakin mənim komandam altında olan alayın üçdə və ya dörddə biri qadınlardan ibarətdir".

Orduya qoşulan qadınlara imkanların artdığını bildirən Gill, artıq qadınların döyüş vəzifələrinə təyin edildiyini vurğulayıb.

Alan deyir ki, yoldaşı ona yeni vəzifəsi ilə bağlı tövsiyələr verib.

"Bəziləri (tövsiyələri) yaxşıdır, bəzilərinə qulaq asıram, lakin mən öz qiymətləndirməmi də edirəm", Alan deyib.

Bu barədə daha geniş