Kompüterlərə uçuş qadağası "İD təhlükəsinə görə tətbiq edilib"

Təyyarədə noutbuk işlədən Fotonun müəllifi PA

ABŞ-a gələn uçuşlarda təyyarə salonlarında böyük elektron qurğulara qadağa terror təhlükəsinə görə kəşfiyyat tərəfindən təklif edilib, ABŞ mətbuatı deyir.

ABŞ və Böyük Britaniya müəyyən sərnişin reyslərində kompüterləri qadağan edən yeni daşıma üzrə məhdudiyyətləri elan edib.

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma partlayıcı maddələri elektron cihazlarda gizlədərək onları təyyarələrə keçirməyin yolları üzərində çalışır, ABŞ mənbələri ABC-ə bildirib.

ABŞ bu çağırışı "əsaslandırılmış" və "etibarlı" olaraq dəyərləndirib.

Səkkiz ölkənin 10 hava limanında fəaliyyət göstərən doqquz hava yollarının gələn aviareysləri ABŞ Milli Təhlükəsizlik Nazirliyinin qadağasının məruz qalır.

Telefonlar və tibbi cihazlar qadağaya daxil deyil.

ABŞ Dövlət Katibi Rex Tillerson İD təhlükəsini müzakirə etmək üçün 68 ölkədən nazirlər və yüksək vəzifəli məmurların iştirakı ilə iki günlük iclas keçirir.

Vaşinqton danışıqları 2014-cü ilin dekabrından bəri koalisiyanın ilk tam iclası olacaq.

Təhlükə haqqındsa nə bilirik?

Palatanın Kəşfiyyat Komitəsinin Demokrat üzvü Eric Swalwell ABC News-a deyib ki, "yeni aviasiya təhlükəsi var."

Komitənin digər üzvü Respublikaçı Peter King New York Times-a qadağa barədə ona xəbərdarlıq edildiyini deyib.

O, qeyd edib ki, məhdudiyyət "kifayət qədər son olan kəşfiyyat məlumatına əsaslanır".

BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Gardner yazır ki, "məhdudiyyət bizə deyilənə görə, "dəyərləndirilmiş kəşfiyyat" əsasında tətbiq edilib".

Bu o deməkdir ki, ABŞ kəşfiyyatı ya mümkün ekstremist hissənin müzakirəsini yaxalayıb, yaxud bu məlumat ona bir informator tərəfindən ötürülüb.

ABŞ qadağasının əhatə etdiyi doqquz hava yolları:

1. Məhəmməd V Beynəlxalq hava limanı, Kasablanka, Mərakeş

2. Atatürk Hava Limanı, İstanbul, Türkiyə

3. Qahirə Beynəlxalq Hava Limanı, Misir

4. Kraliça Alia Beynəlxalq hava limanı, Əmman, İordaniya

5. Kral Əbdüləziz Beynəlxalq hava limanı, Ciddə, Səudiyyə Ərəbistanı

6. Kral Xalid Beynəlxalq hava limanı, Ər-riyad, Səudiyyə Ərəbistanı

7. Küveyt Beynəlxalq Hava Limanı

8. Hamad Beynəlxalq hava limanı, Doha, Qətər

9. Əbu-Dabi Beynəlxalq hava limanı, Birləşmiş Ərəb Əmirlikləri

10. Dubay Beynəlxalq hava limanı , Birləşmiş Ərəb Əmirlikləri

Britaniya qadağası ABŞ tədbirlərindən bir neçə saat sonra elan olunub. Qadağa oxşar olsa da, müxtəlif hava yollarına aiddir.

Qadağa Türkiyə, Livan, İordaniya, Misir, Tunis və Səudiyyə Ərəbistanından Böyük Britaniyaya birbaşa sərnişin aviareyslərini əhatə edir.

ABŞ-ın qərarına aid edilən hava yollarına qadağanın tətbiqi üçün şənbə günü saat 07:00-a qədər müddət verilib, rəsmilər deyib. Onlar əlavə edib ki, məhdudiyyətin sonu üçün tarix yoxdur.

Lakin Emirates hava yollarının mətbuat katibi Reuters informasiya agentliyinə deyib ki, aviaşirkət ABŞ göstərişinin martın 25-də qüvvəyə minəcəyini və 2017-ci il oktyabrın 14-ə qədər davam edəcəyini anlayıb.

Bu barədə daha geniş