ABŞ-da saxlanılarkən ölən meksikalının ailəsinə 1 mln dollar kompensasiya

Customs and Border Protection agents check vehicles entering the United States at the San Ysidro Port of Entry in San Ysidro, California on Friday, February 10, 2017 Fotonun müəllifi Getty Images
Image caption Cruz Velazquez Acevedo San Ysidro sərhəd keçid məntəqəsində 2013-cü ildə saxlanmışdı

ABŞ-da saxlanılarkən üzərində olan maye metamfetamin içməyə məcbur edildikdən sonra ölən 16 yaşlı Cruz Velazquez Acevedo-nun ailəsinə 1 milyon dollar kompensasiya ödənib.

O, 2013-cü ildə Meksikadan ABŞ-a 2 konteyner maye ilə daxil olmaq istəyərkən ABŞ sərhədçisi tərəfindən saxlanılıb.

İddia olunduğu kimi, mayenin alma şirəsi olduğunu sübut etmək üçün Cruz Velazquez-dən onu içmək tələb edilmişdi.

Çox zəhərli olan maddəni içdikdən bir neçə saat sonra cənab Velazquez-i ölmüşdü.

Onun ailəsi sərhədçilərə və ABŞ hökumətinə qarşı məhkəmə iddiası qaldıraraq cənab Velazquez-ın ölümünə görə sərhədçilərin məsuliyyət daşıdığını deyirlər. Onlar deyirlər ki, sərhədçilər mayenin qanunsuz maddə olduğunu bilsələr də cənab Velazquez-i onu içməyə məcbur ediblər.

"Tam əminliklə deyə bilmərəm ki, sərhədçilər mayenin onu öldürəcəyini bilirdilər", ailənin vəkil Eugene Iredale deyib. Lakin o həmçinin bildirib ki, "elə əvvəlcədən mayenin metamfetamin olmasına dair şübhələr olub".

Cənab Velazquez-in sərhədi qanunsuz maddə ilə keçməsinin səhv olduğunu etiraf edən vəkil, deyir ki, Velazquez-in də "hər bir 16 yaşlıya xas olan pis qərar-vermək" haqqı var.

Cənab İredale əvvəl yeniyetməyə qarşı heç bir cinayət işinin açılmadığını deyib. O, Velazquez-in muzdlu daşıyıcı kimi istifadə edildiyinə dair şübhəsi olduğunu bildirib.

Cənab Velazquez mayeni içdikdən bir az sonra titrəməyə başlayıb. Mətbuat xəbərlərinə əsasən o, ispan dilində "mənim ürəyim, mənim ürəyim" və "maye" qışqırıb. .

Gənc ABŞ-da xəstəxanaya çatdırıldıqdan qısa müddət keçmiş ölüb.

Cənab İredale kompensasiya məbləğınin iki tərəf arasında bir neçə görüşdən sonra müəyyənləşdiyini deyib və cənab Velazquez-in ailəsinə razılaşdırılmış 1 milyon dollar kompensasiyanın artıq ödəndiyini əlavə edib.

Hadisəyə aidiyyatı olan iki sərhədçi hazırda San Diego şəhərində Gömrük və Sərhəd Mühafizəsində xidmətlərini davam etdirirlər.

Bu barədə daha geniş