London: Hücumda 5 nəfər həlak olub, 40 yaralı var

Fotonun müəllifi PA
Image caption Hücum edən şəxsin kimliyi polis tərəfindən açıqlanmır

Westminsterdə hücumçunun idarə etdiyi avtomobili səki ilə yanaşı sürməsi və bir polisi bıçaqlaması nəticəsində 5 nəfər həlak olub, 40 nəfər xəsarət alıb. Hücumçu polis tərəfindən öldürülüb.

Həlak olan polis işçisi 48 yaşlı Keith Palmer-dir. O, 15 il ərzində polis orqanlarında xidmət edib.

Baş Nazir Theresa May hücumu "xəstə və əxlaqsız" adlandırıb və bildirib ki, hücum söz azadlığı, demokratiya və azadlıq dəyərlərinə zərbə endirib.

Baş nazir əlavə edib: "Bu hücumun baş verdiyi yer təsadüfi deyil".

"Terrorçu bütün millətlərin, dinlərin və mədəniyyətlərin söz azadlığı, demokratiya və azadlıq dəyərlərini qeyd etmək üçün toplaşdığı paytaxtımızın ürəyinə zərbə vurmaq qərarına gəlib", o deyib.

Hücum edən şəxsin kimliyi polis tərəfindən açıqlanmır.

Paytaxt Polisi terrorizmə qarşı mübarizə idarəsinin rəisi Mark Rowley deyib ki, onlar hücumçunun kimliyini və onun beynəlxalq İslamçılarla əlaqəli terrorizmin təsiri altında olduğunu bilirlər. O, əlavə məlumat verməyib.

Londonun meri Sadiq Khan bildirib: ""Bizə ziyan vurmaq və bizim həyat tərzimizi dağıtmaq istəyənlərə müraciətim odur ki: Siz məqsədinizə çatmayacaqsız; Siz bizi ayıra bilməyəcəksiz; Terrorçular bizi qorxuda bilməz".

Fotonun müəllifi METROPOLITAN POLICE
Image caption Həlak olan polis işçisi 48 yaşlı Keith Palmer 15 il ərzində polis orqanlarında xidmət edib

Hücum çərşənbə günü təxminən saat 14:40-da baş verib. Bu zaman tək olan hücumçu mərkəzi Londonda Parlament Binasının yaxınlığında Westminster körpüsündə səki boyunca maşını sürüb və azı 2 nəfərin ölümünə, bir neçə nəfərin yaralanmasına səbəb olub.

Avtomobil Parlament Evinin çölündə məhəccərə çırpılıb.

Bıçaqla silahlanmış şəxs daha sonra Parlament binasına doğru qaçıb və polis işçisi onun qarşısını kəsib. Silahlı olmayan polis Keith Palmer hücumçu tərəfindən bıçaqlanıb və həlak olub.

Hücumçu silahlı mühafizəçilər tərəfindən güllələnib.

BBC Newsnight-ın məlumata görə, hücumda istifadə olunan avtomobil Birmingemdə bir ünvandan sifariş edilib. Lakin bu informasiya təsdiqini tapmayıb.

Son hadisələr:

  • "Ehtiyat tədbirləri" məqsədilə Londonda və bütün ölkə üzrə silahlı və silahsız zabitlər növbə çəkəcək
  • Baş nazir bildirib ki, Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi ikinci dərəcəyə qədər ağırlaşdırılacaq
  • Westminster metro stansiyası bağlanıb və yalnız mübadilə üçün açıq qalıb
  • Daxili İşlər Naziri Amber Rudd hər kəsi sakitliyə, həmçinin, ayıq-sayıq olmağa çağırıb. O, həm də deyib ki, insanlar narahat olduqları şeylər barədə polisə məlumat verməlidirlər
  • Körpüdə yaralananlardan 3-ü Fransadan olan məktəblilərdir
  • Lankaşirdə Edge Hill Universitetindən 13 tələbə də insident zamanı orda olub. Onlardan ikisi xəstəxanaya yerləşdirilib. İki nəfər də yüngül xəsarət alıb.

Bu barədə daha geniş