Belçikanın Antverpen şəhərində "izdihama maşın sürən" kişi saxlanılıb

Polis Fotonun müəllifi AFP
Image caption Maşın polisin çevik qüvvələri tərəfindən sahil kənarında saxlanılıb

Belçikanın Antverpen şəhərində izdihama maşın "sürmək niyyətində" olan Şimali Afrika əsilli Fransa vətəndaşı saxlanılıb, rəsmilər bildirir.

Şübhəli kişi şimalda yerləşən şəhərin əsas ticarət küçəsində sürətlə maşın sürərkən saxlanılıb. Xəbərlərə görə xəsarət alan olmayıb.

Prokurorlar onun maşınında bıçaqlar, qeyri-ölümcül odlu silah və naməlum maye aşkar edildiyini deyirlər.

Belçikanın baş naziri Charles Michel hakimiyyəti "mükəmməl iş" görməklə bağlı tərifləyib.

İddia edilən hücum cəhdi mərkəzi Londonun Westminster körpüsündə və parlamentin həyətində bir neçə nəfərin ölümü və xəsarəti ilə nəticələnən maşın və bıçaqlama hücumundan bir gün sonra baş verib.

Cümə axşamı günü baş verən hadisə həmçinin Belçikanın paytaxtı - Brüssel şəhərində 32 insanın ölümü ilə nəticələnən bomba partlayışlarının ildönümünə təsadüf edib.

Bu barədə daha geniş