Fransız millətçi lider Le Pen Vladimir Putinlə görüşüb

Le Pen və Putin Fotonun müəllifi AFP

Fransanın millətçi lideri Marine Le Pen Moskvaya səfəri zamanı prezidnet Vladimir Putinlə görüşüb.

Cənab Putin onu Avropa siyasətinin "sürətlə böyüyən hissəsinin" təmsilçisi adlandırıb və Fransada keçiriləcək prezident seçkilərinə təsir göstərmək istəmədiyini vurğulayıb.

Xanım Le Penə Fransada seçici dəstəyi artıb, lakin onun bəzi radikal düşüncələri xarici liderləri ondan uzaqlaşdırıb.

"Əlbəttə mən bilirəm ki, Fransada seçki kampaniyası fəal şəkildə genişlənir", cənab Putin deyib.

"Biz hadisələrə heç bir yolla təsir göstərmək istəmirik, lakin bizim ölkədə hər siyasi qüvvənin təmsilçisi ilə görüşməyə hüququmuz var", o əlavə edib.

Öz növbəsində xanım Le Pen Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sankisayaların qaldırılmasına çağırıb.

Rusiya millət vəkillərinə verdiyi çıxışında xanım Le Pen Rusiyaya qarşı sanksiyaların "səmərəsiz" olduğunu deyərək, fərdi şəxsləri hədəfləyən "qara siyahıları" aradan qaldırmağa hər bir səy göstərəcəyinə vəd edib.

Fotonun müəllifi AFP
Image caption Marine Le Pen Krımın Rusiya tərəfindən ilhaqının tərəfdarıdır və Aİ-nin Rusiyaya qarşı sanskiyalarının qaldırılmasını istəyir

Xanım Le Penin Rusiyaya 2011-ci ildən indiyədək 4-cü səfəri Fransada aprelin 23-ü və mayın 7-si keçiriləcək iki prezident seçki mərhələsindən əvvəl baş tutur.

Onun kimi populist millətçilər üçün Prezident Putinin öz ölkəsinin maraqlarını hər şeydən irəli sürən və güclü avtoritar lider imici çox cəlbedicidir, BBC müxbiri bildirir.

Bundan əvvəl xanım Le Pen Krımın Rusiya tərəfindən ilhaqını dəstəklədiyini bildirib.

"Milli Cəbhə" partiyasının xəzinədarı Wallerand de Saint-Just xanım Le Penin səfərinin sadəcə bir maddi yardım üçün cəhd olmadığını deyir, lakin partiya üzvləri prezident və parlament seçkiləri üçün kampaniyaları maliyyələşdirmək üçün milyonların ardında olduqlarını deyiblər, Associated Press xəbər agentliyi bildirir.

Fransada keçirilən ən son rəy sorğuları xanım Le Pen-in populaylığını mərkəzçi namizəd Emmanuel Macron-la bərabər olduğunu göstərir, lakin sorğular həmçinin cənab Macron-un seçkinin ikinci mərhələsində qalib gələcəyinə böyük ehtimal olduğunu göstərir.

Bu barədə daha geniş