Kent qraflığında doğulan şəxs necə terrorçu oldu

Khalid Masood Fotonun müəllifi AP
Image caption Khalid Masood bıçaqla parlamentin binasına girməyə cəhd edərkən öldürülüb

Britaniya polisi bu həftənin çərşənbə günü Londonun mərkəzində yoldan keçənlərə və polislərə hücum edən şəxsin adını açıqlayıb. Bu, 52 yaşlı britaniyalı Khalid Masood-dur.

Hücum nəticəsində bir polis də daxil olmaqla 4 nəfər həlak olub. Masood özü isə parlament binasında polislər tərəfindən öldürülüb.

Scotland Yard Metropoliten polisinin məlumatına görə, Londonun cənub-şərqində yerləşən Kent qraflığında doğulan Khalid Masood-un uşaqlıqda adı Adrian Elms olub.

Son vaxtlar Masood Birmingham şəhərində yaşayıb. BBC-nin məlumatılna görə, son illər Luton şəhərində iki ünvanda yaşadığı ehtimal olunan Khalid Masood-un bir neçə adı olub.

Martın 22-də Londonun Westminster körpüsündə avtomobillə səkidəki adamları vuran Masood yoldan keçənləri sıxışdırmağa başlayıb.

Daha sonra əlində bıçaq olan Masood yaxınlıqdakı Parlament binasına doğru üz tutub.

Westminster sarayı binası ərazisində polisə xəsarət yetirən Masood hadisə yerində polis atəşilə öldürülüb.

İnsidentə görə məsuliyyəti özünü İslam Dövləti (İD) adlandıran qruplaşma öz üzərinə götürüb.

Fotonun müəllifi PA
Image caption Masood-un icarə etdiyi avtomobil parlamentin yanında

Mülkiyyətə ziyan və bıçaqdan istifadə

BBC-nin əldə etdiyi məlumata görə, Masood hücum zamanı istifadə etdiyi avtomobili həftənin əvvəlində Birmingham şəhərinin şimalında yerləşən Enterprise şirkətindən icarəyə götürüb.

Sənədləri doldurarkən peşə qrafasındakı boşluğa o, "müəllim" sözünü yazıb.

Lakin BBC onun Britaniya dövlət məktəblərində heç vaxt müəllim işləmədiyini aydınlaşdırıb.

"Hyundai" avtomobilini icarəyə götürən Masood bir saat sonra şirkətə zəng vuraraq artıq maşına ehtiyacı olmadığını bildirib.

Westminester körpüsündə baş verən insidentə qədər nələrin baş verdiyi qaranlıq olaraq qalır.

Polis Khalid Masood-un hücum baş verdiyi zaman araşdırılma altında olmadığını və onun hücum törətmək niyyətində olması barədə məlumatın olmadığını bildirib.

"Lakin buna baxmayaraq, Masood keçmişdə fiziki hücum, fiziki xəsarət törətmək, silah daşımaq və ictimai intizamı pozduğuna görə cəza alıb "-deyə polisin məlumatında bildirilir.

İlk dəfə Masood 1983-cü ildə mülkiyyətə qəsdən ziyan yetirdiyinə görə həbs cəzası alıb.

O zaman onun 19 yaşı olub. Sonuncu dəfə isə, 2003-cü ildə bıçaqla hücuma görə məhkum olunub. Masood terrola bağlı cinayətlərdə heç vaxt ittiham olunmayıb.

Böyük Britaniyanın baş naziri Theresa May parlament deputatlarına müraciətində hücum edənin Britaniyada doğulduğunu və "bir müddət əvvəl təhlükəli terrorla bağlı istintaq obyekti" olduğunu bildirib.

"O kənarda olan fiqurlardan idi. Bu istintaq çoxdan başa çatıb, hazırda o xüsisi xidmət orqanlaını maraqlandırmırdı. Onun hansısa niyyəti və sui-qəsdi hazırlaması barədə ilkin məlumatlar yoxdur".

Cavabsız əsas sual

Theresa May hazırkı mərhələdə istintaqın təfərrüatı barədə məlumatsız olduqlarını və Masood-un hansı rol oynadığını bilmədiklərini qeyd edib. Lakin mümkün ssenarilər bunlardır:

  • O, bir və ya digər formada müşahdiə edilən əsas şübhəlinin tanışı və ya dostu olub, lakin həmin anda məlum olub ki, onun terrora açıq-aşkar meyli olmayıb.
  • Mümkün ekstemistlər dairəsinə yaxın ola bilərdi, amma onu təhlükəli hesab etməyiblər, ona görə də əməliyyatın məqsədi başqa insanlar olub
  • Onun ideoloji düşüncələri və niyyətləri ciddi təhlükə yarada bilərdi, lakin həmin vaxt ona cinayət işi qaldırmaq üçün dəlillər olmayıb və onun ciddi təhlükə yaratmadığı barədə qərar qəbul olunub

Ən böyüyü isə - o həmin əməliyyat zamanı həbs oluna bilərdi, amma sonradan ittiham qaldırılmadan buraxılıb. Sonuncu dəfə Khalid Masood 38-39 yaşında məhkum olunub. Bu isə gənc yaşlarından xırda cinayətlər edən insan üçün kifayət qədər gecdir.

Bıçaqdan istifadə isə soyğunçuluqdan tutmuş, bəzilərinin iddia etdiyi kimi "özünümüdafiə"qədər bir çox cinayət niyyətindən xəbər verir.

Bütün bunlar bizi başlıca suala doğru aparır, hansı ki cavabı hələ ki yoxdur: onun sonuncu hücumuna təkan verən nə olub?

Bu barədə daha geniş