ABŞ və Britaniya bəzi uçuşlarda noutbukları qadağan edib

Küveytli sosial media fəalı Tamer əl-Daxil Bourəşid Küveyt Beynəlxalq Aeroportunda ABŞ-a uçan təyyarəyə minməzdən əvvəl noutbukunu çemodanına qoyur. Fotonun müəllifi AFP/Getty
Image caption Küveytli fəal Tamer Bourəşid təyyarəyə minməzdən əvvəl noutbukunu nümayiş edir

Türkiyədən və bəzi Yaxın Şərq ölkələrindən ABŞ və Britaniyaya uçan təyyarələrin salonunda noutbuk və planşetlərə qadağa qüvvəyə minib.

Rəsmilərə əsasən, partlayıcı maddə saxlama riskinə görə "smartfondan böyük" olan cihazlar baqaja yerləşdirilməlidir.

Aviaşirkətlərdən azı biri təyyarəyə minənə qədər bu cihazların istifadəsinə icazə verir.

ABŞ-ın qadağası 8 ölkəyə şamil edilir: Türkiyə, Mərakeş, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və Küveyt. Bu ölkələrin aviaşirkətləri ABŞ-a gündə təxminən 50 uçuş edir.

Britaniyanın qadağasaı isə 6 ölkəyə şamil edilir: Misir, Türkiyə, İordaniya, Səudiyyə Ərəbistanı, Tunis və Livan. Bu qadağa smartfonlar da daxil, 16 sm x 9,3 sm x 1,5 sm-dən böyük bütün cihazlara aiddir. Lakin smartfonların əksəriyyəti bu limitdən kiçikdir.

Türkiyənin prezidenti Recep Tayyip Erdoğan ABŞ və Britaniyanı bu qadağanı mümkün qədər qısa bir zamanda qaldırmağa çağırıb.

Bu barədə daha geniş