Belarus etirazçıları qadağaya rəğmən "parazit vergisi"nə qarşı etiraz edir

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Belarus etirazlarında "yüzlərlə fəal" həbs edilib - video

Qadağaya baxmayaraq Belarusda minlərlə adam "ictimai parazit" vergisi kimi tanınan, işsizlərə şamil olunan yeni cəriməyə qarşı etiraz edib.

Etirazçılar çevik polis alayına "faşistlər!" şüarını ünvanlayıb. Hadisə yerində olan jurnalistlərə əsasən "yüzlərlə" müxalifət fəalı həbs edilib.

Altı aydan çox işsiz qalanların $230 (392 AZN) cərimələnməsinə qarşı artıq bir neçə kiçik etiraz baş verib.

Prezident Aleksandr Lukaşenko bu il vergini dayandırsa da israr edib ki, vergi ləğv olunmayacaq.

O deyir ki, bu vergi işləmək istəməyənləri intizamlaşdırır - amma etirazçıların fikrincə bu, sadəcə iş tapa bilməyənləri cəzalandırır.

Təşkilatçılar etirazı "Azadlıq Günü" adlandırıb. I Dünya Müharibəsindən sonra 1918-ci ildə Belarus Xalq Respublikası yaransa da onun ömrü cəmi altı ay sürüb.

"Onlar iştirakçıları döyürlər, qadınların saçlarını yolub avtobuslara mindirirlər", nümayişçi Aleksandr Ponomarev AP xəbər agentliyinə deyib. "Mən yaxınlıqdakı məhəlləyə qaça bildim".

Daha əvvəl polis Vesna adlı insan haqları qurumunun ofisində axtarış aparıb və 30-a yaxın fəalı saxlayıb. Etirazdan əvvəl hakimiyyət 100-dən çox müxalif fəalı 3-15 günlük həbs edib, məlumatlarda deyilir.

Fotonun müəllifi Reuters
Image caption Etiraz qısa ömürlü Belarus Xalq Respublikasının 99-cu ildönümünə təsadüf edir
Fotonun müəllifi Reuters
Image caption Məlumata görə yüzlərlə etirazçı saxlanılıb

Əlaqəli mövzular