Belarus etirazından görüntülər
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Belarus etirazlarında "yüzlərlə fəal" həbs edilib - video

Belarusda minlərlə adam "ictimai parazit" vergisi kimi tanınan, işsizlərə şamil olunan yeni cəriməyə qarşı etiraz edib.

Etirazçılar çevik polis alayına "faşistlər!" şüarını ünvanlayıb. Hadisə yerində olan jurnalistlərə əsasən "yüzlərlə" müxalifət fəalı həbs edilib.

Altı aydan çox işsiz qalanların $230 (392 AZN) cərimələnməsinə qarşı artıq bir neçə kiçik etiraz baş verib.

Prezident Aleksandr Lukaşenko bu il vergini dayandırsa da israr edib ki, vergi ləğv olunmayacaq.

O deyir ki, bu vergi işləmək istəməyənləri intizamlaşdırır - amma etirazçıların fikrincə bu, sadəcə iş tapa bilməyənləri cəzalandırır.

Əlaqəli mövzular