Londona hücum edən Khalid Masood bunu tək edib, polis deyir

Khalid Masood

Westminster-ə hücum edən Khalid Masood bunu tək edib və başqa planlaşdırılmış hücumların olduğunu güman etməyə səbəb yoxdur, Scotland Yard (Londona nəzarət edən polis) deyib.

Çərşənbə günü Khalid Masood piyadaların üstünə maşın sürəndə 3 nəfəri öldürüb və 50-dən çox adamı yaralayıb. Bundan az sonra o, polisi bıçaqlayıb və digər polis tərəfindən güllələnərək öldürülüb.

Bütün bunlar 82 saniyə ərzində baş verib.

Polisin bildirdiyinə görə, ola bilsin "biz onun hərəkətlərinin səbəbini heç vaxt anlamayacağıq".

Həmçinin bax:

Polis rəsmisi Neil Basu deyib: "Biz hələ də inanırıq ki, Masood həmin günü tək fəaliyyət göstərib və digər hücumların planlaşdırıldığına işarə edən məlumat və ya kəşfiyyat yoxdur".

"O, bunu təkbaşına hazırlasa da biz onun ağlasığmaz hərəkətlərinə tam aydınlıq gətirməliyik ki, londonlular arxayın ola bilsinlər, [...] qurbanların ailələri isə suallarının cavablarını ala bilsinlər".

Öldürülmüş polis Keith Palmerin ailəsi deyib ki, onun qoçaqlığı unudulmayacaq.

Cənab Palmeri xilas etməyə çalışanlardan biri olan millət vəkili Tobias Ellwood isə cəhdlərinin uğurlu olmadığına görə "ürəyinin sındığını" bildirib.

Fotonun müəllifi PA/Facebook
Image caption Soldan: hücumda həlak olan Keith Palmer, Kurt Cochran və Aysha Frade

Bu barədə daha geniş