Cincinnati gecə klubunda silahlı hücum: 1 nəfər ölüb, 14 nəfər yaralanıb

Cincinnati polis departamentinin hadisə yerindən yaydığı fotosu Fotonun müəllifi CPD
Image caption Cincinnati polisi "çox dəhşətli" vəziyyətlə qarşılaşdığını deyir

ABŞ-da, Ohio ştatının Cincinnati şəhərindəki gecə klubunda atəş açılandan sonra bir adam ölüb və azı 14 nəfər yaralanıb, polis deyir.

Polis əvvəla hadisənin azı 2 silahlı tərəfindən törədildiyini desə də, Cincinnati Polis Departamentinin rəsmisi Paul Neudigate sonra tvitləyib ki, "cəmi bir nəfərin atəş açdığı deyilir".

Cameo Night Club-da bir neçə adam ağır yaralanıb, cənab Neudigate WLWT-TV telekanalına deyib.

Hadisənin terrorla əlaqəli olduğuna işarə edən məlumat yoxdur, o əlavə edib.

"Biz çox dəhşətli bir vəziyyətlə qarşılaşmışıq ... və bir neçə qurban var", o deyib.

Atəş, yerli vaxtla təxminən 01:00-da baş verib (Bakı vaxtı ilə 9:00). Polisin bildirdiyinə görə həmin zaman klubda yüzlərlə adam var idi.

Hadisə ilə bağlı saxlanılanlar yoxdur, Cincinnati Polis Demartamentindən Eric Franz ABC News telekanalına deyib. Onun sözlərinə görə, polis bir neçə şahidi dindirib.

Əlaqəli mövzular