ABŞ aviaşirkəti yoqa şalvarı geyinmiş qızları təyyarəyə buraxmayıb

İki United Airlines uçağı Fotonun müəllifi Reuters

ABŞ-ın ən böyük avia şirkətlərindən biri olan United Airlines-in yoqa şalvarı geymiş iki qız uşağını təyyarəyə buraxmaması böyük narazılığa səbəb olub.

Avia şirkət əllərində "United Pass" bileti olan qızların geyiminin "uçuş geyim qaydalarına" uyğun olmadığını açıqlayaraq verilən qərarı müdafiə edib.

Hadisə dünən səhər Denver-Minneapolis reysindən əvvəl baş verib. Shannon Watts adlı şəxs öz Twitter səhifəsində baş verən hadisə barədə yazıb.

Biri 10 yaşında olan iki qız uşağı təyyarəyə minmədən əvvəl şirkət nümayəndələri tərəfindən saxlanılıb.

Şirkət nümayəndələri əllərində "United Pass" bileti tutan qızların geyimlərinin bu dərəcəli uçuşlar üçün uyğun olmadığını söyləyərək qızlardan leggings və ya yoqa şalvarlarının üzərinə bir şey geymələrini istəyiblər.

Watts eyni vəziyyətdə olan digər qızın yoqa şalvarının üzərinə don geydikdən sonra təyyarəyə buraxıldığını, digər iki qızın isə geri dönməyə məcbur olduğunu yazıb.

Watts qısa şort geyinən bir adamın eyni bilet kateqoriyasında təyyarəyə buraxıldığını yazaraq qaydalara narazılığını bildirib.

Avia şirkət qərarını müdafiə etdi

Hadisənin sosial mediada yayılmasıyla qaydaların cinsiyyətçi olmasını müdafiə edənlər United Airlines şirkətini tənqid atəşinə tutublar.

Şirkət isə qızların əlindəki bilet dərəcəsinin geyim qaydaları olduğunu bildirərək uçuş nümayəndələrinin davranışını müdafiə edib.

Avia şirkət "United Pass" biletlərinin şirkətdə çalışanlara və ya onların "yaxın sayılan qohumalrına" verildiyini bildirib.

Bu barədə daha geniş