"Kəşfiyyat xidmətləri WhatsApp ismarıclarını oxuya bilməlidirlər"

Amber Rudd Fotonun müəllifi Reuters

Böyük Britaniyanın daxili işlər naziri Amber Rudd WhatsApp və digər şifrəli mobil mesajlaşma proqramlarına kəşfiyyat xidmətlərinin girişinin olmasının lazım olduğunu söyləyərək "Terrorçuların gizlənəcək yerləri olmamalılıdır" deyib.

Ötən həftə Böyük Britaniya parlamenti qarşısında baş verən hadisədən sonra BBC-nin suallarını cavablandıran xanım Rudd bu həftə texnologiya şirkətləri nümayəndələri ilə görüşəcəyini bildirib.

Khalid Masood parlament binası qarşısında törətdiyi hücum nəticəsində polislər tərəfindən öldürülüb.

WhatsApp da ismarıcları oxuya bilmir

Amber Rudd hücumdan iki dəqiqə əvvəl Masood-un WhatsApp-a daxil olmasının müəyyən edildiyini bildirb.

WhatsApp-ın bir nümayəndəsi "hücumdan dəhşətə gəldiklərini" söyləyərək nümayəndələrlə ortaq iş gördüklərini qeyd edib.

"Əvvəllər qanuni yollarla, məhkəmə qərarı ilə birinin nə iş gördüyünü öyrənmək üçün buxarla zərf açılır və ya telefonu dinlənirdi. İndi isə kəşfiyyat xidmətinin WhatsApp ismarıclarına girişi olmalıdır,"- deyə Rudd bildirib.

Leyborist Partiyasının lideri Jeremy Corbyn isə nümayəndələrin onsuz da "böyük səlahiyyətləri" olduğunu qeyd edərək "Bilmə haqqıyla məhrəmiyyət haqqı arasında tarazlıq olmalıdır" söyləyib.

WhatsApp-dan göndərilən ismarıclar şifrəli olduğuna görə, kəşfiyyat orqanları və WhatsApp tərəfindən oxunmur.

Bu səbəbdən də Masood-un hücumdan əvvəl hansı ismarıclar yolladığını öyrənməyin mümkün olmadığı bildirlir.

Bu barədə daha geniş