Van Gogh-un əsərindəki yataq otağında yatmaq mümkün olacaq

Van Gogh'un "Yatak Odası" tablosuna sadık kalınarak hazırlanan otel odası Fotonun müəllifi omroep brabant

Hollandiyanın məhşur rəssamı Vinsent van Gogh-un "Yataq otağı" rəsmindəki sarı yataqda artıq yatmaq mümkündür.

Əsərdəki interyer məhşur rəssamın doğulduğu Şimalı Brabant əyalətinin Boksmeyer qəsəbəsindəki bir oteldə yaradılıb.

Otel otağı tarixçi Peer Meurkens-in köməyilə "Yataq otağı" rəsminə uyğun olaraq hazırlanıb.

Mavi divarlar, taxta döşəmə, divardakı şəkillər və əlbəttə ki bir metr genişliyində və 1.80 santimetr uzunluğundakı sarı yataq unudulmayıb.

Şəkilədki sürahi və pəncərə çərçivələri kimi xırdalıqların unudulmadığı otaqda lüks vanna otağı və televizor taxta bir şkafın arxasında gizlədilib.

Van Gogh-un işilə ilə yaxşı tanış olanlar otaqdakı radiator borusunu və televizor şkafını tənqid etsələr də, otağın ilk qonağı olan Brabant Televiziyasının (Omroep Brabant) müxbiri Noel van Hooft otaqda hər şey real olduğunu deyib.

"Özümü həqiqətən rəsmin içində hiss etdim. Elə bu səbəbdən də əşyalara toxunmağa qıymadım",- deyə hollandiyalı jurnalist deyib.

Fotonun müəllifi Van Gogh Museum
Image caption Van Gogh-un "Yataq otağı"nın 3 versiyası var.

Van Gogh-un həqiqi yatağını son dayanacağı bu qəsəbədir

Van Gogh-un sarı yatağının Boksmeyer qəsəbəsində canlandırılması təsadüfi deyil, cünki yatağın göndərildiyi son yer bu qəsəbədir.

1890-cı ildə Fransada vəfat edən van Gogh-un əşyaları Utrext şəhəri yaxınlığında yerləşən Laren qəsəbəsində yaşayan yaxınlarına göndərilmişdir.

Digər əşyalarla birgə evin zirzəmisinə qaldırılan sarı yataq van Gogh-un qardaşı uşaqları tərəfindən 1945-ci ildə müharibə zamanı çox itki verən Boksmeyer sakinlərinə bağışlanıb.

Van Gogh-un həyatını araşdıran məhşur alım Martin Bailey tərəfindən üzə çıxarılan bu məlumat 21 otağı olan Rich Otelin sahibi Sven Janssen-i ilhamlandırıb.

Janssen məhşur rəssamın əsərlərinin sərgiləndiyi Den Bosch şəhərindəki Brabant miuzeyilə əməkdaşlıq edərək van Gogh sevərləri Boksmeyer-ə gətirmək istəyir.

Tarixçilər və van Gogh sevərlər II Dünya Müharibəsindən sonra Boksmeyer-ə yardım məqsədilə göndərilən sarı yatağın kimdə olduğu sualına cavab axtarırlar.

Laren və Boksmeyer bələdiyyəsi arxiv məlumatları əsasında van Gogh-un sarı yatağının kimə verildiyini tapmağa çalışırlar.

Əlaqəli mövzular

Bu barədə daha geniş