“Cəsarətli qız” daha bir il Wall Street-də qalacaq

Qız və öküz Fotonun müəllifi AP
Image caption Uruqvaylı heykəltəraş Kirsten Visbal tərəfindən yaradılan bu heykəl State Street Global Advisors şirkətinin sifarişi ilə Wall Street-də quraşdırılıb.

New-York şəhərinin hakimiyyəti 3 həftə bundan əvvəl Wall Street-də "Hücum edən öküz" heykəlinin qarşısında yerləşdirilmiş "Cəsarətli qız" heykəlini götürməmək qərarına gəlib.

Aprel ayının əvvəlində yığışdırılması nəzərdə tutulan bu heykəl turistlərin və yerli sakinlərin xoşuna gəlib.

Beləliklə, heykəl gələn ilin fevralına qədər burada qalacaq.

Fotonun müəllifi Getty Images
Image caption "Bu heykəl qorxuya, gücə qarşı mübarizənin və lazım olanı etmək üçün özündə güc tapmağın rəmzidir, - deyə New-York meri bildirib.

Heykəlin yerində qalması barədə qərarı ştatın meri Bill de Blasio verib.

"Martın 8-də qadınların bərabər hüquqlarının simvolu kimi quraşdırılan bu heykəl şəhər sakinləri üçün cox şeyi ifadə edir. Bu heykəl qorxuya, gücə qarşı mübarizənin və lazım olanı etmək üçün özündə güc tapmağın rəmzidir. Bu heykəl bizim hamımızı ruhlandırır", - deyə mer bildirb.

Uruqvaylı heykəltəraş Kirsten Visbal tərəfindən yaradılan bu heykəl State Street Global Advisors şirkətinin sifarişi ilə Wall Street-də quraşdırılıb.

Fotonun müəllifi Getty Images
Image caption "Cəsarətli qız"ı turistlər çox sevir

3200 kiloqram çəkisi olan "Hücum edən öküz " bürünc heykəl isə italyan mənşəli Amerika heykəltaraş Arturo di Modic tərəfindən hazırlanıb.

Bu heykəl New-York və Wall Street-in ən məhşur rəmzi sayılır.

1987-ci ildə quraşdırılan heykəl güc və firavanlıq rəmzidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş