Trump-ın kürəkəni Rusiya-Trump əlaqələrilə bağlı sorğu-sual ediləcək

Jared Kushner (16 Fevral 2017) Fotonun müəllifi AFP
Image caption Jared Kushner prezident Donald Trump-ın müşavirdir.

Rusiya ilə Trump komandasının əlaqələri barədə iddiaları araşdıran ABŞ-ın parlament komitəsi prezident Donald Trump-ın kürəkəni və müşaviri Jared Kushneri sorğu-sual edəcək.

Cənab Kushner Senatın Kəşfiyyat Komitəsinə könüllü şəkildə danışmaq istədiyini bildirib, Ağ Ev bildirir.

Parlament komitəsi ötən ilki prezident seçkilərinə Rusiyanın müdaxiləsilə bağlı iddiaları araşdırır.

ABŞ kəşfiyyat qurumları hesab edir ki, Rusiyanın kibermüdaxiləsi Hillary Clinton-un məğlub edilməsi niyyəti ilə həyata keçirilib.

Rusiya iddiaları rədd edir, Donald Trump isə onları "saxta xəbər" kimi dəyərləndirib.

Rusiya ilə iddia edilən əlaqələr üzrə iki parlament araşdırması davam edir.

Daha bir təhqiqat FTB tərəfindən aparılır.

Fotonun müəllifi AFP
Image caption Cənab Kushner Donald Trump-ın qızı İvanka ilə evlənib.

Bu arada demokratların nümayəndələri Konqres araşdırmasına başçılıq edən Kəşfiyyat Komitəsinin rəhbəri Devin Nunes-in istefasına çağırırlar.

Demokratların lideri Nancy Pelosi hesab edir ki, Donald Trump-ın mümkün izlənilməsi barədə bəyanatdan əvvəl Devin Nunes-in gizli şəkildə Ağ Evə baş çəkməsi araşdırmanın mötəbərliyinə kölgə salır.

Cənab Nunes deyir ki, o Ağ Ev-ə məxfi mənbənin verdiyi məlumatla tanış olmaq üçün getmişdi.

Senat komitəsini Rusiya rəsmilərilə təşkil edildiyi deyilən iki görüş maraqlandırır, rəsmilər New York Times qəzetinə bildiriblər.

Bu barədə daha geniş