Türkiyə Suriyada "Fərat Qalxanı" əməliyyatını sonlandırıb

Türkiyə şimali Suriyada "Fərat Qalxanı" hərbi əməliyyatını başa çatdırıb Fotonun müəllifi Reuters

Türkiyə deyir ki, o, Suriyanın şimalında yeddi ay çəkən "Fərat Qalxanı" hərbi əməliyyatını "uğurla" başa çatdırıb.

"Fərat Qalxanı əməliyyatı uğurlu olub və başa çatıb," Baş nazir Binali Yildirim ölkənin təhlükəsizlik şurasının çərşənbə günü keçirilən iclasından sonra bildirib.

Lakin cənab Yildirim yeni hərbi əməliyyatlar barədə göstəriş verməyib. O, Türk qoşunlarının Suriyanı tərk edib-etməyəcəyi barədə də heç nə deməyib.

Türkiyə bu əməliyyata ötən il avqustun 24-də özünü "İslam Dövləti" adlandıran qruplaşmanı öz sərhədlərindən uzaqlaşdırmaq və kürd dəstələrinin hücumunu dayandırmaq üçün başlayıb.

Ordu və Türkiyənin dəstəklədiyi suriyalı üsyançılar bir neçə şəhəri, o cümlədən Cərəblusu ələ keçirib və nəhayət strateji şəhər sayılan əl-Babın cənubuna doğru hərəkət ediblər.

Ankara Suriya kürdlərinin İraqdakı Kürdüstan kimi muxtariyyət elan edəcəklərindən narahatdır. O, onilliklər ərzində cənub-şərqi Türkiyədə döyüşənn Kürd PKK qrupunu YPG-nin bir hissəsi hesab edir.

Cümə axşamı, ABŞ Dövlət Katibi Rex Tillerson-un Türkiyəyə səfər edəcəyi gözlənilir.

Onun səfəri ikitərəfli münasibətlərin son 18 ayda kəskin şəkildə aşağı düşməsinin fonunda baş verir, BBC-nin əməkdaşı Mark Lowen Türkiyədən məlumat verir.

Suriyanın dayaq nöqtəsi olan Raqqanın İD-dən alınmasında kimin iştirak edəcəyilə bağlı iki ölkə arasında fikir ayrılığı böyüyür.

Türkiyə ABŞ-ın kürd yaraqlıları ilə əməkdaşlıqdan imtina etməsini istəyir, lakin Vaşinqton onları ən təsirli qüvvə hesab edir, müxbirimiz deyir.

Türkiyə hökumətinin, həmçinin, cənab Tillerson-a Ankaranın dövlət çevrilişinə cəhddə ittiham etdiyi Pensilvaniya ştatında yaşayan din xadimi Fethullah Gülen-in ekstradisiyası barədə tələblərini ifadə edəcəkləri də gözlənilir.

ABŞ təkid edir ki, bu qərar siyasi yox, məhkəmə qərarı ilə verilə bilər.

Bu barədə daha geniş