İngiltərə Bankı əskinazlar üçün palma yağından istifadə edə bilər

20 funt Fotonun müəllifi Getty Images
Image caption Yeni 20 funtluk əskinazın dizaynı artıq təsdiqlənib

İngiltərə Bankı 5 funtluq əskinaslarda heyvan mənşəli piylərin istifadəsilə bağlı tənqidlərdən sonra yeni pullarda palma yağından istifadə etməyi nəzərdən keçirir.

Dəyəri 20 funt olan yeni əskinas 2020-ci ildə dövriyyəyə daxil olmalıdır.

Lakin onun hazırlanması pulun tərkibindəki maddələrə nəzarəti gücləndirmək üçün təxirə salınıb.

Yeni 5 funtluq əskinas buraxılarkən onun hazırlanması üçün heyvan mənşəli piylərin istifadəsi barədə ictimaiyyətə məlumat verilməmişdi.

Britaniya əhalisinin əhəmiyyətli hissəsini six və hindu dini icmalarını təşkil edir.

Onların inanclarına görə, mal əti yemək, bəzi hallarda isə ona toxunmaq da qadağandır.

Dini icmalarla yanaşı heyvan piylərinin istifadəsi vegetarianların tənqidinə də tüş gəlib.

Dəyəri 20 min olan 5 funtluq əskinas

Yeni 5 funtluq əskinasın yığışdırılmasına səsləyən petisiya 100 mindən artıq adamın dəstəyini qazanıb.

İngiltərə Bankı "məsələyə tam ciddi" yanaşdığını bildirsə də, çağırışı rədd edib.

Palma yağının istifadəsi də ekoloqların etirazına səbəb ola bilər.

Belə ki, palmaları əkmək üçün təbii meşəliklərin kəsilməsi halları tənqidlə qarşılanır. Hərçənd ki, qərar qəbul olunarsa bank təmiz mənbələrdən istifadə edəcəyini bildirir.

Əlaqəli mövzular

Bu barədə daha geniş