Donald Tusk: Brexit danışıqları "çətin və mürəkkəb" olacaq

Britaniya- Aİ Fotonun müəllifi EPA

Brexit danışıqlarına dair Aİ-nin təməl mövqeyini elan strategiya layihəsində bildirilir ki, Britaniya ilə ikitərəfli ticarət münasibətlərinin müzakirəsi ayrılma prosesində "yetərli tərəqqi" əldə olunduqdan sonra başlana bilər.

Təlimatlar toplumu olan sənəd layihəsi iki il davam edəcək danışaqlar strategiyasını bir araya gətirir.

Layihəni Aİ Şurasının prezidenti Donald Tusk təqdim edib.

Sənəd 27 üzv ölkənin hökumətlərinə təqdim olunmalıdır.

Mətbuat konfransında çıxış edən cənab Tusk deyib: "Britaniyada təklif olunduğu kimi, bütün məsələlər istiqamətində paralel danışıqlar mümkün deyil".

"Yalnız ayrılma prosesində yetərli tərəqqi əldə olunduqdan sonra gələcək münasibətlər müzakirə edilə bilər", cənab Tusk deyib.

O, danışıqların "çətin və mürəkkəb" olacağını da qeyd edib.

Fotonun müəllifi AFP
Image caption Çərşənbə günü Britaniyanın Aİ-dən çıxması barədə rəsmi məktub Aİ Şurasının prezidenti Donald Tuska çatdırılıb.

Aİ-nin məqsədi "üzv ölkələr, onun vətəndaşları və bizneslərinin maraqlarını qorumaqdır", - təlimatlar toplumunda deyilir.

Layihəyə əsasən, Brexit danışıqlarında öncə Britaniya ilə İttifaqdan çıxmaq şərtləri razılaşdırmalıdır.

Gələcək ticarət münasibətlərinin müzakirəsi isə növbəti mərhələ də baş tuta bilər.

London hər iki məsələnin paralel şəkildə müzakirəsinə səsləyir.

Çərşənbə günü Britaniya Aİ-dən çıxması ilə bağlı danışıqlara start verən məktubu Avropa İttifaqına çatdırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş