Flynn toxunulmazlıq qarşılığında Rusiya ilə əlaqələrdən danışmağa razılıq verib

" Ağılı olan heç bir insan belə bir siyası mövzuda ədalətsiz mühakimədən müdafiə təminatı almadan ifadə verməz", - keçmiş müşavirin vəkili Robert Kelner bildirib Fotonun müəllifi Getty Images
Image caption "Ağılı olan heç bir insan belə bir siyası mövzuda ədalətsiz mühakimədən müdafiə təminatı almadan ifadə verməz", - keçmiş müşavirin vəkili Robert Kelner bildirib

ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Michael Flynn ABŞ-da keçirilmiş prezident seçkilərinə rəsmi Moskvanın necə müdaxilə etməsi barədə ona məlum olanları and içərək danışmağa hazır olduğunu bildirib.

Cənab Flynn Rusiya ilə gizli danışıqların aparılması ilə bağlı yaranan qalmaqaldan sonra vəzifəsindən azad edilib. İfadə verməyin əvəzində isə Flynn ona qarşı cinayət işinin qaldırılmamsını tələb edib.

"General Flynn-in danışmaq istədiyi müəyyən şeylər var və şərait imkan verərsə o bu barədə danışmağı çox istəyir. Ağılı olan heç bir insan belə bir siyası mövzuda ədalətsiz mühakimədən müdafiə təminatı almadan ifadə verməz", - deyə keçmiş müşavirin vəkili Robert Kelner bildirib.

Dünən ABŞ Senatında rusiyalı hakerlərin prezident seçki kampaniyasına necə müdaxilə etməsinə dair dinləmələr başlanıb.

ABŞ Senatının kəşfiyyat komitəsinin sədr müavini Mark Warner Rusiya rəhbərliyini ABŞ-da keçirilən prezident seçkilərinin gedişatına müdaxiləyə cəhddə ittiham edib.

"Biz inkişaf etmiş və bacarıqlı rəqibə qarşıyıq ", - deyə respublikaçı senator Richard Burr Rusiyanın seçkilərə mümkün müdaxiləsini belə şərh edib.

Senatın təhqiqatı o cümlədən aşağıdakı suallara cavab verməlidir: Rusiyanın kiberfəallığı və ya ABŞ-a və müttəfiqlərinə qarşı yönəlmiş digər mümkün hərəkətləri olubmu? Hansısa məxfi məlumatlar sızdırılıbmı?

Michael Flynn ABŞ prezidenti Donald Trump-ın təhlüəsizlik üzrə keçmiş müşaviridir.

Bu ilin fevral ayında istefa verən Flynn Rusiyanın səfiri Sergey Kislyakla ötən ilin dekabrında görüşməsi barədə hökumətə yalan məlumat verdiyini etiraf edib.

Flynn həmkarlarına Rusiya səfiri ilə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının ləğvini müzakirə etdiyini deməyib. Daha sonra FTX-nin apardığı istintaq zamanı da bunu etiraf etməyib.

Flynn-lə yanaşı Rusiya ilə gizli əlaqələrdə ABŞ-ın baş prokuroru Jeff Sessions da ittiham olunub. Lakin Session ittihamların əsassız olduğunu bildirib.

Əlaqəli mövzular