Kolumbiyada torpaq sürüşməsi: azı 254 nəfər ölüb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Torpaq sürüşməsi gecə satlarında baş verib

Kolumbiyanın təhlükəsizlik qüvvələri azı 254 nəfərin ölümünə səbəb olmuş torpaq sürüşmələrindən sonra yüzlərlə itkin düşmüş insanları axtardıqlarını deyirlər.

Xilasetmə əməliyyatında təxminən 1.100 əsgər və polis iştirak edir.

Güclü yağış ölkənin cənub-qərbində yerləşən Mokoa şəhərində daşqına səbəb olub. Yağışın yaratdığı torpaq sürüşmələri şəhərin bəzi məhəllələrini tamamilə örtüb.

Hərbi qüvvələrin yaydığı bəyanatda şəhərin yerləşdiyi Putumayo əyalətində azı 400 nəfərin xəsarət aldığı və 200 nəfərin itkin düşdüyü bildirirlir.

Kolumbiya Qırmızı Xaç könüllüləri ölənləri sayının 200-dən çox olduğunu deyirlər.

Təşkilat, ailə üzvlərinə bir-biri ilə əlaqə saxlamağa kömək göstərdiklərini və əməliyyatın gecəyə kimi davam etdiyini deyib.

"Biz bir körpəmizi itirmişik və qalanı da gördüyünüz kimidir", yerli sakinlərdən biri müxbirlərə deyib.

"Balaca körpə - biz onu heç yerdə tapa bilmirik".

Prezident Juan Manuel Santos ölkədə fövqəladə vəziyyət elan edib və keçirilən xilasetmə əməliyyatlarına nəzarət etməyə hadisə yerinə gəlib.

Fotonun müəllifi AFP