BBC İD-in Mosulda canlı qalxanlardan istfadə etdiyini görüb

Aerial view of Mosul
Image caption İraqın ikinci şəhərində on minlərlə dinc sakin qalıb

İraq hərbi qüvvələrinin Mosul üzrə helikopter əməliyyatlarını müşahidə etməyə icazə verilən BBC müxbiri Nafiseh Kohnavard və prodüser Joe Inwood özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın döyüş zamanı uşaqlardan canlı qalxan kimi istifadə etdiyini görüblər.

Helikopterlərin yerləşdiri Eric Hərbi bazasında bir həftə yaşayan BBC jurnalistləri pilotlarla Mosul döyüşü əməliyyatlarına çıxıblar.

Hərbi əməliyyata rəhbərlik edən general Samir Hüseyn Mosulun hərbi qüvvələr üçün indiyədək "ən çətin işi" olduğunu deyib.

"İndiyədək gördüyünüz əməliyyatları heç bir mənada müqayisə etmək mümkün deyil", o, əlavə edib.

İlk dəfədir ki, pilotlar əməliyyatlarını on minlərlə, bəlkə də yüz minlərlə insanın hələ də yaşadığı bir şəhərin üzərində keçirirlər.

Fəllucadan fərqli olaraq Mosulda İD tamamilə mühasirəyə alınıb. Qaçmağa imkansız halda olan İD döyüşçüləri Mosul sakinlərindən canlı qalxan kimi istifadə etməyə başlayıblar.

Pilotlardan biri, polkovnik Məhəmməd, Mosul döyüşü zamanı İD-in bir qadını güllə ilə yaralayaraq ondan tələ kimi istifadə etməyə cəhd etdiyini və bu səbəbdən yerdə döyüşən əsgərlərin hava dəstəyi üçün onu hadisə yerinə çağırdıqlarını deyib.

Image caption Mosulda İD İraq hərbi qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb

Lakin dinc sakinlər yalnız İD tərəfindən öldürülməyib. Beynəlxalq koalisiyanın hava zərbələri zamanı dinc sakinlərin ölməsi İraq hökuməti üçün mübahisə və xəcalət mənbəyi olub.

Polkovnik Məhəmməd bu təhlükənin mövcud olduğunu etiraf edir. Onun yoldaşı və uşaqları ona əməliyyatda iştirak etməməsi üçün yalvarıblar.

Onlar hələ də onun Mosulda olduğunu bilmirlər.

"Onlar mənim təlim aldığımı düşünürlər", polkovnik Məhəmməd deyib.

Məhəmməd şəhər küçələrinə atəş açan zaman dinc sakinlərə xəsarət yetirməyəcəyindən əmin deyil. Lakin o, inamını Allaha bağladığını deyir.

Əməliyyatlar zamanı pilotlar çox zaman atəş açmaqdan imtina edirlər. Helikopterlərin kameraları dəfələrlə İD döyüşçülərinin Mosul küçələrini uşaqlarla birlikdə keçdilərini göstərib.

Image caption İraq ordusu Mosulun bir çox rayonunu ələ keçirib

İki il bundan əvvəl İraq ordusunun Mosulu tərk edərək İD-ə buraxması ölkə üçün böyük bir xəcalətə çevrilmişdi.

Bu səbəbdən şəhərin yenidən ələ keçirlməsi təkcə təhlükəsizliyin təmin edilməsi üçün deyil, həmçinin milli nüfuz və qüruru bərpa etmək üçün vacibdir.

Lakin hökumət üçün ən çətini Mosul sakinlərinə ordunun onların tərəfində olduğunu sübut etməkdir.

Bu barədə daha geniş