IFFA rusiyalı haker qrupu tərəfindən hücuma məruz qalıb

Sebastian Coe Fotonun müəllifi Getty Images
Image caption Lord Coe IFFA-nın prezidentidir

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IFFA) təşkilatın rusiyalı "Fancy Bears" (Sevimli Ayılar) qrupu tərəfindən haker hücumuna məruz qaldığını bildirib.

Təşkilatın bildirdiyinə görə, nəticədə qadağan olunan dərmanların istifadəsinə icazə verən "Müalicə məqsədli istisnalar" (TUEs) barədə məlumatların ələ keçirilmə təhlükəsi var.

IFFA haker hücumu barədə keçən ay məlumat alıb, lakin daxili sistemlərindən məlumatların oğurlanıb-oğurlanmadığını bilmir.



TUE-lər üçün qeydiyyatdan keçən idmançılara haker hücumu barədə bazar ertəsi günü məlumat verilib.

IFFA-nın prezidenti Lord Coe deyib: "Bizim ilk prioritimiz bizə təhlükəsiz və məxfi saxlanılası məlumat verən idmançılardır".

IFFA bildirib ki, "BAFA şəbəkəsinə xaricdən naməlum mənbədən hücumçuların girişi fevralın 21-i qeyd edilib".

Rusiya haker qrupu "Fancy Bears" ilk dəfə Dünya Anti-Dopinq Agentliyinin (WADA) məlumat şəbəkəsinə keçən il sentyabrın 13-ü hücum edib və idmançıların "şəxsi və müalicə məqsədli istisnalar" (TUEs) barədə məlumatlarını paylaşıb.

ABŞ Olimpiya ulduzları haker hücumunun ilk hədəfləri olub və daha sonra britaniyalı idmançılar barədə məlumatlar paylaşıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş