Türkiyə: ən çox suriyalı qaçqın İstanbulda məskunlaşıb

Suriyalı bi ailə Hatayda qaldıqları evdə Fotonun müəllifi AFP
Image caption Suriyalı bir ailə Hatayda qaldıqları evdə

Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində olan Qaçqın İdarəsi Baş Müdirliyi ölkədə olan suriyalı qaçqınların əyalətlərə görə bölüşdürülməsini və əyalətlərə görə faizini açıqlayıb.

Açıqlamaya görə, Türkiyədə ümumilikdə 2 milyon 969 min suriyalı qaçqın var.

Məlumata əsasıən Suriya qaçqınları toplam olaraq əhalinin 3,72 faizini təşkil edir.

Suriya qaçqınlarının əhaliyə nəzərən ən çox yaşadığı ərazi Kilisdir. Kilisdə yaşayan 124 min 481 qaçqın əhalinin 95,15 faizini təşkil edir.

Kilisi yüzdə 24 faizlə Hatay, yüzdə 21 faizlə Şanlıurfa, yüzdə 16 fazilə isə Qaziantep təqib edir.

İstanbul say olaraq Suriya qaçqınlarının ən çox məskunlaşdığı şəhərdir. Belə ki, şəhərdə yarım milyon qaçqın yaşayır.

Şanlıurfada 420 min, Hatayda 384 min, Qazientepdə isə 329 min qaçqın məskunlaşıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş